Kolorado Universitetinin (ABŞ) kompüter elmləri fakultəsinin professoru Eyron Klauzet III dünya müharibəsinin təxmini başlanğıc tarixini hesablayıb.Publika.az xəbər verir ki, bu haqda “Science Advances” nəşri xəbər verir.
Alim 1823-cü ildən (Fransanın İspaniyaya müdaxiləsi) 2003-cü ilə qədər (ABŞ və müttəfiqlərin İraqa müdaxiləsi) baş verən bütün müharibələrin analizinə əsaslanaraq kompüter modelini yaradıb. Model III dünya müharibəsinin başlanğıcının son tarixini qabaqcadan xəbər verir.
Klauzetə görə, ikinci və üçüncü dünya müharibələri arasında maksimal müddət 205 il təşkil edə bilər. Beləliklə, müharibə 2150-ci ildə başlanmalıdır.
Ancaq ekspertlərin bir çoxları bu tarixin çox uzaqda olmadığını düşünürlər. Məsələn, onlar hesab edirlər ki, Suriyada hərbi münaqişə artıq regionun çərçivəsindən kənara çıxır və bu, bəşəriyyəti növbəti dünya müharibəsinə doğru aparır.
Cari ilin yanvarın 6-da Xmeymim və Tartusda Rusiya hərbi bazalarına 13 pilotsuz uçuş aparatı ilə hücum qlobal qarşıdurmanın başlanğıcı üçün əsas siqnal oldu. Rusiya hakimiyyəti bunu Amerika təxribatı adlandırdı.
Yanvarın 20-də Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başladı və bu, yaranmış balansı silkələdi.
Fevralın 3-də İdlibdə Rusiyanın “Su-25” təyyarəsi vuruldu və Afrində tanka hücum nəticəsində Türkiyə 8 hərbçisini itirdi. Rusiya ABŞ-ı “üçüncü ölkələr vasitəsilə” terrorçulara zenit-raket kompleksləri çatdırmaqda ittiham etdi.
Türkiyə tankının məhv edilməsindən üç gün sonra Amerika generalları Münbiçdə Ankaranın terrorçu təşkilat hesab etdiyi YPG döyüşçüləri ilə şəkil çəkdirdilər və onlarla həmrəyliyi göstərdilər. Fevralın 7-də isə Amerika aviasiyası Fərat çayını keçməyə çalışan Suriya rejiminin tərəfdarlarına zərbələr endirdi. Aviazərbələr nəticəsində yüzlərlə döyüşçü öldürüldü. Onların arasında Rusiya muzdluları da var idi.
Bir neçə gün sonra İsrail, İran və Suriya öz aralarında “dalaşdı”. Əvvəlcə İsrail vertolyotları işğal edilmiş Colan hündürlüklərinin üzərində uçan İranın pilotsuz uçuş aparatını vurdu. Ardınca, Dəməşq İsrailin “F-16” qırıcısını vurduqdan sonra, Təl-Əviv Suriyada 12 obyekt hücüm etdi. Bunlardan 4-ü İrana, 8-i isə Suriyaya aid idi.
“Son həftə ərzində Suriyada baş vermiş qanlı hadisələrin panoraması göstərir ki, əslində Üçüncü dünya müharibəsi çoxdan başlandı”, - Türkiyənin “Sabah” nəşrinin materialında deyilirdi.
Ömər Dağlı
Tarix: 1-03-2018, 22:49