Abidin Fərzəliyevi nazir müavini əvəzləyir- İDDİA
Nərimanov rayon icra başçısı Abidin Fərzəliyev vəzifədən alınır.
Belə bir iddia ilə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, onu vəzifədə hazırda nazir müavini olan bir məmur əvəzləyəcək: "Məsələ ondadır ki, hazırda Bakıda üç icra başçısından ciddi narazılıq var. Bunlar Nərimanov, Binəqədi və Xətai rayonlarının rəhbərləridir. Hazırda Abidin Fərzəliyevin vəzifədən alınması və yerinə nazir müavininin gətirilməsi söhbət mövzusudur".
AFN-ə sözügedən nazir müavinin adı bəlli olsa da, hələlik açıqlamırıq. Yaxın günlərdə müvafiq təyinatın reallaşması gözlənilir.
Qeyd edək ki, A.Fərzəliyevin adı ən müxtəlif qalmaqallarda, cinayətlərdə hallanıb ki, onlardan biri ov zamanı yanlışlıqla adam öldürməsi, digəri isə hazırda məhkəməsi gedən 12 milyonlur maliyyə fırıldağıdır.
Tarix: 1-03-2018, 23:16