Tillersondan Ərdoğana şok təklif və - Şok cavab
Nə sizdə olsun təhlükəsizlik, nə də bizdə...Teleqraf. com xəbə verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Reks Tillersonun Türkiyə səfərində irəli sürdüyü bir təklifə cavab verərkən deyib.
Bu haqda Ərdoğan özü məlumat verib.
Prezident açıqlamasında bildirib ki, Reks Tillerson Türkiyəyə səfərə gələrkən ona belə bir təklif edib: "Onları çıxaraq. Menbiçin yarısında təhlükəsizlik sizdə, yarısında da bizdə olsun”. Biz də onlara cavab verdik ki, nə sizdə olsun təhlükəsizlik, nə də bizdə. Menbiç oranın əsl sahiblərinin olmalıdır”.
Qeyd edək ki ABŞ-ın Dövlət katibinin Türkiyəyə səfəri vaxtı Menbiçdə Ankara ilə birlikdə təhlükəsizlik yaratmaq barədə təklif etdiyi açıqlanmışdı.
Tarix: 3-03-2018, 22:00