Deputat Qüdrət Həsənquliyev:- “Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə verməməlidir”
“Milli Şura martın 10-a mitinq təyin etməklə seçki qanunvericiliyini pozub”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, seçkiqabağı təşviqat martın 19-da başlayır: “Martın 19-da təşviqat başlayandan sonra nə qədər istəyirlər mitinq keçirsinlər”.
Q.Həsənquliyev qeyd ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir: “Əks təqdirdə bu qanun pozuntusu ola bilər”.
Tarix: 6-03-2018, 16:25