Siyasi yazarın qurumlara və millət vəkillərinə çağırışı : “Sözü gedən bu platformanın fəaliyyətinin dayandırılmasına dəstək verin!”

Siyasi yazarın qurumlara və millət vəkillərinə çağırışı : “Sözü gedən bu platformanın fəaliyyətinin dayandırılmasına dəstək verin!”
Ülkər Musazadə: “Seçki qabağı hansı təxribat peşində olanlar ermənilərin Azərbaycana səfərlərini təşkil edir?”

“”Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” birmənalı olaraq, ermənipərəstlərin maraqlarına xidmət edir”.
Bunu VOİCEPRESS-ə açıqlamasında siyasi yazar Ülkər Musazadə ötən gün “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” adı altında Azərbaycana səfər edən erməni qadınla bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu məsələ özümüzünkülərin özümüzə qarşı, öz siyasi baxışlarımıza qarşı ikili standarların baris nümunəsidir: “ Dilqəm və Şahbaz 25-30 ildən sonra doğulub böyüdüyü torpaqlarımıza gedəndə həbs olunur, amma bizim torpaqlarda 30 il öncə yaşayan erməni qadın hava limanında gül-çiçəklə qarşılanır və bu adi hal kimi hər kəsə nümayiş olunur. Kimlərdir bizim daxilimizdəki düşmənlər? Axı ötən gün biz Xocalı soyqrımının il dönümünü yaşadıq? Axı ötən gün biz ermənilər tərəfindən qətlə yetirilən Zəhra balamızı dəfn etdik... Axı həmin erməni qadınları Ermənistanda “bütün türk uşaqları belə məhv edilməlidir” başlığı altında mitinq edirdi... Bir çoxlarının arvadları ermənidirsə, buna görə erməniləri “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” adı altında bizə sırımaq lazım deyil. Biz belə düşünülməmiş addımlardan sonra rəsmi İrəvandan, Rusiyadan və ya digər beynəlxalq qurumlardan nə tələb edə bilərik? Biz bir tərəfdən BMT-nin qəbul etdiyi qətnamələrin icraatını tələb edirik, digər tərəfdən “”Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”ndan dəm vururuq. Ötən gün Türkiyə Cumhuriyyətinin cumurbaşkanı R.T.Ərdoğan bütün müsəlmanlara səslənərək, Qarabağı erməni işğalından geri almağa çağırış etdi. Bu cümlənin qarşısında biz ermənini “30 ildir Bakıda olmayıb” –deyə necə gül-çiçəklə qarşılaya bilərik axı? Bütün bunlar hansı sisyasi baxışlara, kimlərin ideyalogiyasına, hansı maraqlara xidmət edir? Onu bilirəm ki, cənab prezident İlham Əliyevin “Biz heç bir halda erməniyə güzəştə getməyəcəyik” fikrinə birmənalı olaraq ziddir! Prezidentin belə qəti mövqeyi məlum olduğu halda o zaman seçki qabağı hansı təxribat peşində olanlar ermənilərin Azərbaycana səfərlərini təşkil edir? Nə zaman ermənilərin Azərbaycanda gəzintilərinə, son veriləcək? Dilqəm və Şahbazı öz torpaqlarımızdakı ziyarətlərindən dolayı zindanda tutan ermənilər bu gün kimlərin sayəsində Bakıda lüks oteldə kef edirlər? Axı ötən gün Xocalı soyqrımı zamanı ermənilər tərəfindən min bir işgəncələrə məruz qalmış qadınların səsini, naləsini necə unudub erməni qadınını gül-çiçəklə qarşılamaq olar?


”Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” fəaliyyəti dayandırılmalıdır! Azərbaycan tərəf Dilqəm və Şahbaz geri verilməyincə heç bir halda ermənilərin Azərbaycana girişinə izin verməməlidir. Həmin ermənilər azərbaycanlıların ailə üzvü belə olsa, Rusiya vətəndaşı belə olsalar bu birmənalı şəkildə qadağan olunmalıdır. Mən üzümü tutub bütün siyasi qurumlara, səlahiyyətli kəslərə və millət vəkillərinə səslənirəm: Bu adi hal deyil! Hansı maraqlara və ideyalogiyaya xidmət etdiyi məlum olmayan sözü gedən bu platformanın fəaliyyətinin dayandırılmasına dəstək verin! Xahiş edirəm!”






Aysel Isgəndərova
VOİCEPRESS.AZ
Tarix: 7-03-2018, 16:29
Xəbəri paylaş





Xəbər lenti