"Deputat Rövşən Rzayev ermənilərə xidmət edir" - Akif Nağıdan SENSASİON İTTİHAMLAR

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayevi erməni dairələrinə dəstək verməkdə ittiham edib. 

Akif Nağı Sfera.az-a açıqlamasında bildirib ki, deputat Rövşən Rzayev və digər şəxslər bilərəkdən və ya bilməyərəkdən erməni dairələrinə xidmət edirlər:
 
"Ermənilərin Azərbaycana gəlib-getməsi Azərbaycanın dövlət maraqlarına qətiyyən cavab vermir. Onların Azərbaycana gəlməsinə icazə verilməməlidir. Bir sıra şəxslər ortaya "Ermənistan-Azərbaycan Sülh Platforması” adlı bir oyun atıb. Buna əsas dəstək verən adam deputat Rövşən Rzayev və jurnalist Eynulla Fətullayevdir. Hazırda da sözügedən platformanın Azərbaycan tərəfindən İdarə Heyətinə deputat Rövşən Rzayev sədrlik edir. Həmin təşkilatda Novella Cəfəroğlu və digər şəxslər də təmsil olunur. Mən buna etirazımı bildirəndə bəzən məni qınayırlar. Ancaq mən bir daha bəyan edirəm ki, ermənilərlə azərbaycanlıların bu cür dialoqlarının heç bir faydası olmayacaq. Vaxtilə mən deyirdim ki, ermənilərin bura gəlməsinə imkan verməyin. Sonra Azərbaycandan qaçıb xaricdə ölkəmizin əleyhinə danışacaqlar və sairə. Amma mənə fikir verən olmadı. Nəticədə gördük ki, Bakıya gələn ermənilərdən biri qaçıb Azərbaycan əleyhinə çıxışlar etdi. Baxarsınız, bununla bağlı da sonda məlum olacaq ki, "Ermənistan-Azərbaycan Sülh Platforması” erməni mərkəzləri tərəfindən ortaya atılmış bir oyundur. Çox təəssüf ki, Rövşən Rzayev və digər şəxslər də birmənalı şəkildə həmin mərkəzlərinə xidmət edirlər. Mən bunu birmənalı şəkildə bildirirəm ki, onlar ermənilərə xidmət edirlər. Bunun başqa adı yoxdur".
 
Orxan Bəşirov
Tarix: 13-03-2018, 21:52
Xəbəri paylaş





Xəbər lenti