Dünyanın 500 tanınmış siması Bakıda - paytaxtımızda nələr olur?


Bu gündən VI Qlobal Bakı Forumu öz fəaliyyətinə başlayır. 

Musavat.com -a verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-dən 19-dək Bakıda bir neçə beynəlxalq əhəmiyyətli tədbirlərə start verilib.

 

Martın 15-də VI Qlobal Bakı Forumu hər il olduğu kimi bir sıra ölkələrin indiki və keçmiş prezidentləri, baş nazirləri və xarici işlər nazirlərinin, eləcə də nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı öz işinə başlayır.

 

Forumun işində Albaniya Respublikasının Prezidenti Ilir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu, Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birchall da daxil olmaqla 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edəcək. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

 

Qlobal Bakı Forumu keçiriləcək ile ilgili görsel sonucu

 

Forumun açılışında İtaliya Prezidenti Sercio Matarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin, BMT Baş katibi Antonio Quterreşin müraciətləri oxunacaq. “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusuna həsr olunan Forumda Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu və digər mövzuların müzakirə ediləcək. Forum çərçivəsində keçiriləcək panel iclaslarda Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət Məsələləri üzrə köməkçisi Novruz Məmmədov, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Baş nazirin müavini Əli Əhmədov, xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı və çıxışı planlaşdırılır.

 

İlgili resim

 

Forum çərçivəsində martın “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans baş tutacaq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunan konfransda 13 müxtəlif ölkədən - Kanada, Amerika, Brazilya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən artıq alimin, eləcə də 30-dan çox azərbaycanlı elm adamının, nizamişünasların iştirakı gözlənilir.

 

Qlobal Bakı Forumu keçiriləcək ile ilgili görsel sonucu

 

Martın 18-19-da isə 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçirilən sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Mavriki Respublikasının, Makedoniyanın prezidentləri, ABŞ Konqresinin Kitabxanasının, İnternet Arxivinin nümayəndələri, Çin, Bolqarıstan, Latviya, Azərbaycan, Misir, Mərakeş və digər ölkələrin milli kitabxanalarının rəhbərləri, ziyalılar iştirak edəcək.


Tarix: 15-03-2018, 09:57
Xəbəri paylaş





Xəbər lenti