Qriqoryan: “Ermənistandakı Kreml tərəfdarlarını Qəddafinin aqibəti gözləyir”

Qriqoryan: “Ermənistandakı Kreml tərəfdarlarını Qəddafinin aqibəti gözləyir”

Erməni jurnalist Qalust Qriqoryan ölkəsinin gələcəyi ilə bağlı bədbin fikirdədir.

Onun saytların birində işıq üzü görən məqaləsində maraqlı fikirlər var.
 
Sfera.az həmin yazını ixtisarla təqdim edir:

"Putin Rusiyasını SSRİ-nin aqibəti gözləyir. Bu sadəcə zaman məsələsidir.

Xəbərlərə Moldovadan başlayaq. Çərşənbə günü bu ölkənin sabiq deputatı Yuriy Bolboçanu 14 il həbs cəzasına məhkum edildi. Dövlətə xəyanət ittihamı ilə həbs edilən eks deputat Rusiya Hərbi Kəşfiyyat İdarəsi tərəfindən əməkdaşlığa cəlb edilibmiş. 2016-cı ilin 5 oktyabrından 2017-ci ilin 17 mart tarixinədək Bolboçanu bu təşkilata informasiyalar ötürüb. İndi rus şpionu həbs olunub.

Keçək Ukraynaya. Ukrayna Xüsusi Xidmət Orqanları deputat Nedejda Savçenkonu istintaqa çağırıb.

Onun istintaqa çağırılmasına səbəb Ukraynada dövlət çevrilişi hazırlayan Rubanın cinayət işində adının hallanmasıdır. Rubanın da arxasında Rusiya durur.
 
Londonda isə Skripalın zəhərlənməsinə görə müzakirələr davam edir. Bütün bunlar nə ilə bitəcək bilinmir.
Rusiya təklənir. Həm də ona qarşı ən dağıdıcı planlar işə düşəcək.
 

Rusiya ilə əlaqəsi olanlar ən yaxşı halda hakimiyyətdən gedəcək, pis halda onları Qəddafinin taleyi gözləyir.
Bu aksiomadı.
 

Ancaq Ermənistandakı Kreml tərəfdarları bunu qəbul etmir. Anlamırlar ki, hakimiyyətdə qalmaqla özlərinə Çauşesku kimi son hazırlayırlar...”.
Tarix: 16-03-2018, 22:37
Xəbəri paylaş





Xəbər lenti