Görünür, Qarabağ separatçılarının liderlərini ABŞ-a dəvət etməklə, Vaşinqton Bakının siyasətindən narazı olduğunu göstərmək istəyir.
Bunu virtualaz.org-un müxbirinə eksklüziv açıqlamasında Varşavada keçirilən Ukrayna-Avropa Forumunun kluarlarında Ukrayna Milli İdarəetmə Akademiyasının professoru Oleq Soskin deyib.
O.Soskin bildirib ki, Amerika elə ölkədir ki, orada qərarlar birdən-birə qəbul edilmir: “Görünür, amerikalılar bu səfəri çoxdan hazırlayıblar və ona Bakıya təzyiq aləti kimi baxılıb".
Politoloq hesab edir ki, Amerika hakimiyyəti bununla Moskva ilə Bakının yaxınlaşmasından öz narazılığını göstərir. Eyni zamanda o, şübhə etmir ki, İlham Əliyev təcrübəli siyasətçi kimi dünyada yaranmış mövcud çətin geosiyasi vəziyyətdə manevr edə biləcək.
"Azərbaycan, bir tərəfdən, öz müttəfiqi Türkiyənin yanında olmalıdır, hansı ki, son zamanlar Vaşinqton ondan da narazıdır, digər tərəfdən, Moskvanın və Vaşinqtonun maraqları arasında məcburi manevr etməlidir. Bu, Bakı üçün olduqca çətin vəziyyətdir. Ancaq Vaşinqtonun separatçılarla, radikallarla oyunları həmişə olub və olacaq – o, artıq neçə əsrdir ki, belə siyasət aparır. Buna görə də Qarabağ separatçılarının liderinin ABŞ-a dəvət olunmasında təəccüblü heç nə yoxdur”, - deyə O. Soskin vurğulayıb.
Ukrayna eksperti hadisələrin bu cür şəkil almasını və Metis və Pompeo kimi "qırğıları"ın Vaşinqtonda hakimiyyətdə təmsil olumalarını nəzərə alaraq Qarabağda döyüş əməliyyatlarının yenilənə biləcəyini də istisna etmir: “Onlar dünyanın müxtəlif hissələrində, həmçinin Qarabağda hələ, necə deyərlər, çox odun doğrayacaqlar”.
"Tamamilə ola bilər ki, bir gün onlar Bakıya Qarabağda əməliyyatın başlanğıcına işarə versinlər, amma əgər Bakı belə avantüraya getməsə, onlar Qarabağ separatçıları ilə oyunlara davam edəcəklər, necə ki, Türkiyədə oldu. Amma "DQR"in tanınmasına qədər gedəcəklərinə inanmıram, çünki ABŞ Azərbaycanın energetika layihələrinə həddən artıq çox vəsait qoyub. Ancaq amerikalılar Bakının əsəblərini tarıma çəkə bilərlər", - deyə ekspert ehtimalını bölüşüb.