"Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşını işinə qaytarıb.
GunAz.org-a daxil olan olan məlumata görə, İldırım Məmmədov yenidən Ucar regional dəmir yolu yanacaq təchizatı idarəsinin rəisi təyin edilib.
Xatırladaq ki, o, 2016-cı il yanvarın 13-də Cavid Qurbanovun əmri ilə tutduğu vəzifədən azad edilmişdi. Lakin görünür, Cavid Qurbanov ona yenidən ehtiyac duyub...