ABŞ və Rusiya iki nüvə fövqəldövləti olaraq, daim bir-biri ilə əlaqədə olmalıdırlar.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert deyib.
ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə telefon zəngini şərh edərkən Nauert bildirib: “Reallıq odur ki, biz iki nüvə dövləti, bu dünyadakı iki fövqəldövlət olaraq, dəstəyi götürüb bir-birimizlə dialoq aparmağa hazır olmalıyıq”.
Bununla birgə, o əlavə edib ki, ABŞ Rusiyanı tənqid etmək davam edəcək.