Əkrəm Həsənov: “ABŞ dünyaya meydan oxumaq halında deyil...”
“Əksəriyyət bilmir ki, ABŞ-ın qurucu ataları XVIII əsrdə Konstitusiyanı xalq hakimiyyəti naminə deyil, əksinə, onu məhdudlaşdırmaq üçün tərtib ediblər. Federal hökumətlə ştatlar arasında mürəkkəb səlahiyyət bölgüsü, hakimiyyətin üç qola bölünməsi və bu əsnada parlamentin iki palatalı olması, prezidentin birbaşa seçilməməsi və s. – hamısı xalqın (onların aləmində kütlənin) idarəçiliyə real təsirini azaltmaq üçündür. Bu, ABŞ sayağı demokratiyadır!” Siam.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, bu modeldə parlamentin aşağı palatası xalqa ən yaxın qurum hesab edilsə də, reallıqda həlledici səlahiyyətə malik deyil: “Xüsusilə xarici siyasət sahəsində! Zaman-zaman xarici siyasətə qarışması ya seçkiqabağı fənddir, ya da xarici siyasəti həyata keçirən prezidentin taktiki gedişidir. Elə buna görə də Tayvana da, Ermənistana da “dəstəyi” nə qoca Bayden, nə də cavan qadın müavini (vitse-prezident Harris) deyil, qoca və istefaya gedən aşağı palata rəhbəri sərgiləyir. Boş verin, real siyasəti başqaları həyata keçirir. ABŞ hazırda bütün dünyaya meydan oxumaq halında deyil...Pravda.az
Tarix: 18-09-2022, 23:18