Azərbaycan Respublikası tərəfindən beynəlxalq hüquq və tarixi ədalət bərpa olunub- Svetlana Əzizova


“Müstəqil Azərbaycan Respublikası 52 gəmi ilə Xəzər dənizində ən böyük 
mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər 
istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma 
qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında 
Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycanın tranzit və 
nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və 
Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə 
düşməsinə sanballı töhfələr verib. Son 20 ildə Azərbaycanda 19 min kilometr 
avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün 
Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan 
azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir 
yolu çəkir”. 
Bütün bunlar haqqında sentyabr ayının 16-da Səmərqənddə Şanxay 
Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin keçirilən Sammitində Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev danışıb.
Ölkə rəhbəri bildirib ki Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük 
mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə 
beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. Qeyd 
olunub ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-
kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi 
açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və 
marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq, Azərbaycan Ermənistana 
ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına 
əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. Hazırda ilkin şərtlər və 
süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır.
Respublika Prezidenti cənab İlham Əliyev cari ilin 13 sentyabr tarixində 
Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi 
təxribatdan da danışıb. Qeyd edib ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın 
qarşısını qətiyyətlə alıb.  Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma 
prosesinə böyük bir zərbədir. Buna üçün  bütün məsuliyyət Ermənistanın hərbi-siyasi 
rəhbərliyinin üzərinə düşür.
Prezident öz çıxışında qeyd edib ki, bəzi aparıcı beynəlxalq təşkilatların 
səmərəsizliyi narahatlıq doğurur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən 
çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalıb. Təhlükəsizlik 
Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim 
vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı.
Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT 
Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.

Ölkə rəhbəri öz çıxışında Azərbaycanın bundan sonrakı fəaliyyitin də 
beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq davam etdirəcəyini 
bildirib.  Qeyd olunub ki 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən 
sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. 
Azərbaycanın sədrliyi yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, 
ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. 
Respublikamız Regionda sülhün və təhlükəsizliyin bərqarar olmasına xidmət 
edir, beynəlxalq tribunalardan öz sözünü dünya ictimaiyyətinə çatdırır. 

Svetlana Əzizova,
Tərtər RİHB Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 
baş məsləhətçisi
Tarix: 21-09-2022, 16:49
Xəbəri paylaş





Xəbər lenti