Ermənistanın son təxribatları Moldovanın “Politik” və “Tribuna” xəbər portallarında
Moldova mətbuatında Ermənistanın son təxribatları nəticəsində Bakının regiondakı
nüfuzunun ikiqat artması ilə bağlı rumın və rus dillərində analitik məqalə dərc edilib.
Moldovanın “Politik” və “Tribuna” xəbər portallarında yayımlanmış məqalədə
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi mötəbər təşkilatın Sammitinə
dəvət olunması ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisi olduğu qeyd edilib.
Eyni zamanda, məqalədə Ermənistanın dialoq tərəfdaşı qismində ŞƏT-ə önəm
vermədiyi, Ermənistanın ölkəmizə qarşı sərhəddə son təxribatından dərhal sonra ABŞ
Konqresinin Nümayəndələr Palatasının sədrinin məhz Sammit ərəfəsində Ermənistana
gəlişinin təşkilata üzv ölkələri tərəfindən birmənalı qarşılanmayacağı vurğulanıb.
Bundan əlavə, Moldovanın “Noi” xəbər portalında 19 sentyabr tarixində BMT Baş
Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət
katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikası xarici İşlər
naziri Ceyhun Bayramovla Ermənistan Respublikası xarici işlər naziri Ararat Mirzoyan
arasında keçirilmiş görüşə dair məlumat yer alıb.
Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin
Mətbuat Xidməti
Tarix: 21-09-2022, 16:54