“Biz öz hüquqlarını əldə etmək üçün mübarizə aparan qorxmaz İran qadınlarını dəstəkləyirik və onların yanındayıq".
Bizim.Media xəbər verir ki, bu fikirləri Amerika prezidenti Co Bayden BMT Baş Assambleyasında çıxışı zamanı səsləndirib.
O, dünyanın bir sıra ölkələrində insan haqları və qadın hüquqlarının pozulması faktına toxunub.
"İranın repressiv hökumət qüvvələri tərəfindən haqsız yerə qətlə yetirilən 22 yaşlı gənc qadın Məhsa Əmininin ölümü İranda xalqın bu vaxtadək misli görünməmiş yeni növ etiraz formasını üzə çıxardı və qadınların bunda aparıcı və əhatəli rolu var",- o, əlavə edib.
Bayden öz çıxışında bir daha bildirib ki, İran hökumətinə nüvə silahı əldə etməyə və geriyə dönüş etməyə də icazə verməyəcək.