"Orada hiddət artır: "Nəyə görə oraya əl qoyub? Nəyinə lazımdır Ukrayna?" Onunla haqq-hesab etməyə başlayıblar...""Düşünürəm ki, Putin elitası içərisində güclü müqavimət başlayıb. Bütün bunlar onun üçün pis sonluqla bitəcək..." Vladimir Putinin ətrafı anlayır ki, Ukrayna ilə müharibə onları həyatı boyu qazandıqlarından məhrum edir, ona görə də onun qonşu ölkəyə müdaxilə etmək qərarından və münaqişəni tez bir zamanda başa çartdırmağın mümkün olmamasından narazılıqlarını bildirir.
Moderator.az xəbər verir ki, bu fikirləri "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordon nəşrin baş redaktoru Alesa Batsmana verdiyi müsahibəsində səsləndirib.
O, qeyd edib ki, Putinin hakimiyyətdə təmsil olunan ətrafı sürətlə kapital toplamağa başlayıb.
"Onlar gözəl həyat yaşayıb: çoxlu pulları, dünya boyunca malikanələri və villaları, yaxta və təyyarələri, həyat yoldaşları və gah Parisdə, gah Londonda, gah Mayamidə məşuqələri olub, övladları orada, xaricdə ən yaxşı universitetlərdə oxuyur və yaşayır, öz biznesini qurur-buradan pulları oğurlayıb, amma xaricə daşıyır...Onların həyatı heyrət doğurur, əladır! Yeri gəlmişkən, Putin belə həyatı yaşamayıb, axı, o, prezident həyatını yaşayıb, ona işləmək lazım olub, silahdaşları deyir ki, o, işləməyi heç sevmir. Və o, buna çox qısqanc yanayış, " necə yəni, biz sanki bir yerdəyik, siz hər şeyi edə bilirsiniz, mən isə bacarmıram". Bu da problemdir! Bax, onun bütün ətrafı yaxşı həyata alışıb. Birdən bu ağlını itirən kəs Ukrayna ilə savaşa başlayır", - jurnalist deyib.
Onun sözlərinə görə, müharibənin əvvəlində Putinin ətrafı o qədər də əsəb keçirməyib, çünki Rusiyanın Ukraynanı tez bir zamanda zəbt edəcəyinə və Qərbin də münasibətinin yumşaq olacağına əmin olub.
"Onlar əvvəlcə necə düşünüb? "Vova nə etdiyini bilir. Yəqin ki, üç gün ərzində Ukraynanı götürəcək. Bizə deyirlər ki, Qərb buna susqun yanaşacaq. Onlar axmaqdır. Heç nə edən deyillər. 2014-cü ildə oraya soxulanda, Krımı, Donetski, Luqanskı əldə edəndə onlar nə etdilər? Bir az hürdülər, sanksiyalarla hədələdilər...Avropalılar axmaqdır! Amerikalılar da heç nə edən deyil. Bizim dünya vecimizə deyil, çünki biz ruslarıq! Nəsə baş verərsə, təkrarlaya bilərik! Nüvə silahl ilə sizi əridərik, ay yaramazlar! Kiminlə işiniz olduğunun fərqində deyilsiniz?"
Bu adamların düşüncələri, bax, təxminən belə olub. Və əgər Vovada alınsaydı, hər şey belə olacaqdı. Vova isə ilişib", - Qordon vurğulayıb.
Putin bir neçə səbəbdən ilişib, jurnalist davam edib. Bu, həm ukraynalıların müqavimətidir ( "ukraynalılar gözlənildiyindən möhkəm olub, onları duz-çörəklə qarşılamayıb"), Qərb ölkələrinin aktiv mövqeyi isə (onlar heç də "axmaq" deyilmiş) və Rusiya ordusunun vəziyyəti ("bu ordu oğurlardan, boş kütlədən, heyvan sürüsündən ibarət olub").
"Və onun ətrafı görür ki, "Vova ilişib". "Onu anladıq. Bəs bizim günahımız nəymiş? Biz, axı, buna qol çəkməmişik, bizdə hər şey yaxşı olub".
Beləliklə, onlarda əvvəlcə anlaşılmazlıq artmağa başlayıb, sonra isə qəzəb yaranıb: "Nəyə görə oraya soxulub? Ukrayna onun nəyinə lazımdır? Bəyəm, pis yaşayıb? Nə baş verib, axı? Nədən biz əzab çəkməliyik? Nədən kartlarımız bloklanıb? Niyə sanksiyalar tətbiq edilib? Nədən? Niyə? Nə səbəbə? Qarşıda hələ iqtisadi problemlər gözləyir...Bir sözlə, mənə elə gəlir ki, Putin elitası onunla konkret olaraq haqq-hesab çəkməyə başlayıb", - Qordon deyib.
Nümunə kimi jurnalist Rusiyada bir neçə bələdiyyə şuraları deputatlarının Putini istefaya göndərmək çağırışı ilə bağlı müraciətlərini xatırladıb.
"Rusiyalı idarəçilərini tanıdlğımızdan, heç vaxt bir it belə (biri ola bilər) başını qaldıra bilməzdi...Bu, planlaşdırılan aksiya olub. Bunlar belə hərəkət edəndə, müxtəlif yerlərdə "lampalar yananda", bu o deməkdir ki, Putinin ətrafından kimsə bunu planlaşdırıb, - Qordon güman edib. - Mən düşünürəm ki, Xarkov ətrafında darmadağın edilmək də Rusiya Silahlı Qüvvələri Baş Qərargahın planının tərkib hissəsidir. Düşünürəm ki, onlar müharibəni sabotaj etməyə başlayıb. Onlar anlayır ki, problemlər var, onlar cavab verməlidir, amma onlar bunu istəməyib. Mənə elə gəlir ki, Qərb ayrı-ayrı hələ satılmayan əməkdaşları satın almaq istiqamətində iş aparır".
Jurnalistin fikrinə görə, Qərb üçün "Putinin simasının saxlanılması" məsələsi daha yoxdur.
"Olmayan şeyi necə saxlamaq olar ki? Onlar anlayıb ki, bu sima artıq yoxdur. Nə sima var, nə də Putin. Ona görə də bu gün, xüsusilə Xarkov vilayətində Ukrayna ordusunun qələbəsi ilə bağlı Qərb dünyası anlayır ki, Putinin də, Rusiyanın da sonu çatıb. Bu gün söhbət Ukraynaya xüsusilə Amerika yardımının artırılmasından gedir, həm hərbi, həm də maliyyə yardımının. Qərb anlayır ki, Ukraynaya nə qədər tez və çox silah verilərsə, müharibə bir o qədər tez bitər. Hərbi yardım, əlbəttə ki, müdafiə üçün deyil, hücum üçün lazımdır. Söhbət indi bundan gedir. Bu söhbət "Ramştayn"da gedib, belə söhbət həm də Amerika tərəfi ilə məsləhətləşmələr və görüşlər zamanı gedir", - jurnalist deyib.
Onun sözlərinə görə, Ukrayna bundan sonra da uğurlu əkshücumlarını davam edərsə, Moskvada "hər şey çökəcək".
"Düşünürəm ki, Putin elitası içərisində Putinə qarşı güclü müqavimət başlayıb. Mənə elə gəlir ki, hər şey Putin üçün pis sonluqla nəticələnəcək. Və bir-iki ay ərzində biz taleyüklü hadisələrin şahidləri olacağıq. Bu, mənim subyektiv fikrimdir, mən səhv də edə bilərəm. Düşünürəm ki, hər şey düzgün istiqamətdə gedir. Mən hər halda çox nikbinəm", - jurnalist deyib.
Tarix: 22-09-2022, 17:14