Paşinyan Arayiki Qarabağ haqda bəyanatını dəyişməyə məcbur etdi...

Paşinyan Arayiki Qarabağ haqda bəyanatını dəyişməyə məcbur etdi...
Sentyabrın 13-də Ermənistanın təxribatı nəticəsində sərhəddə baş vermiş qanlı toqquşmalardan sonra  artıq  32-ci ildir ki, Moskvanın dəstəyi ilə Azərbaycan torpaqlarında qondarılmış və hazırda Rusiya "sülhməramlı" hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan verdiyi bəyanatı cəmi iki saat sonra dəyişməli olub.
Moderator.az xəbər verir ki, Ermənistanın "Past" nəşrinin yazdığına görə, Arayiki bəyanatı dəyişməyə baş nazir N.Paşinyan məcbur edib.
 
“Sentyabrın 14-də Nikol Paşinyanın Ermənistan parlamentində “sənədə imza atmaq” barədə məşhur bəyanatından sonra minlərlə vətəndaşımız Baqramyan prospektinə axışıb. Və bundan əvvəl böyük izdihamdan qorxan Nikol Paşinyan "Facebook"-da canlı yayım vasitəsilə deyilənləri “təkzib etməyə” və ya “tərcümə etməyə” çalışıb.  Elə həmin vaxt Arayik Arutyunyan da bəyanat yayıb və baş verənlərə kifayət qədər sərt qiymətlər verib: 
 
 “Biz dəfələrlə bəyan etmişik və indi də təsdiq edirik ki, Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir”- erməni qəzeti  belə yazır.
 
Ermənistan nəşri daha sonra yazır ki, bir neçə dəqiqəlik fərqlə separatçı-terrorçu rejimin qondarma "xarici işlər naziri" də oxşar nota-bəyanatla çıxış edib. Lakin bu bəyanatdan düz iki saat sonra Arutyunyan məzmunu əvvəlkindən açıq şəkildə fərqli olan daha bir açıqlama verib. 
 
“Ermənistan hakimiyyəti ilə əldə olunan razılaşmaya əsasən onların imzaladığı istənilən sənəddə Artsax xalqının maraqları və fikirləri nəzərə alınmalıdır”, - deyə Arutyunyan bu dəfə bildirib.
 
 
“Past” qəzetinin yazdığına görə, Arutyunyanın ilk bəyanatından sonra Nikol Paşinyan ona zəng edib və kifayət qədər sərt tonda bu cür davranışın yolverilməzliyini bildirməklə ondan yeni bəyanatla çıxış etməyi tələb edib.
 
"Görünür, bu, öz təsirini göstərib. Bunu həm ikinci bəyanat, həm də Arayikin mesajları ilə müşayiət olunan son video-müraciəti sübut edir"- deyə erməni nəşri bildirib.
Tarix: 22-09-2022, 17:48
Xəbəri paylaş





Xəbər lenti