“Hələ ki, Putin dünyanın nəbzini tutur” —TƏHLİL


“Qismən səfərbərlik əlbəttə ki, müharibə elan etmək mənasına gəlmir. Ümumiyyətlə, Rusiya 24 fevraldan bu yana bütün dünyanın səhv hesab etdiyi addımlar atır. Rusiya sadəcə özünü düzgün hesab edir. Osetiya, Abxaziya kimi qondarma respublikalar, Belarusiya Rusiyanın haqlı olduğunu qəbul edir. Ümumiyyətlə, dünyanın az məhdud sayda ölkəsi onun doğruluğunu qəbul edir. Bütün dünya  Rusiyanın bu fəaliyyətlərinə qarşı çıxır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fuad Abbasov Putinin qismən səfərbərlik elan edilməsinə münasibət bildirərkən deyib. Analitik vurğulayıb ki, Rusiya bu məsələlərdə çox ehtiyatlı davranır:

“Fikir verirsinizsə, nə müharibə elan edilib, nə tam səfərbərlik elan edilib. Putin bu fəaliyyətləri ilə elə bil ki, dünyanın nəbzini tutur. Görəsən, mənim bu fəaliyyətlərimin axırında dünyanın nəbzi necə atacaq? Sanki bir yoxlanış ərəfəsindədir. Ondan sonra baxaq Putin tam səfərbərlik elan edəcəkmi? Müharibə elan edəcəkmi? Biz yaxşı başa düşürük ki, müharibənin elan edilməsi fors-major deməkdir. Fors majordakı ümumiyyətlə, dünyanın bütün ölkələrində bir çox iqtisadi anlaşmaların, müqavilələrin, həmçinin bir çox kredit müqavilələrin ləğv olunması deməkdir. Yəni, orada yaşayan insanlardır, oradakı borclu insanlardır, bankların kreditorlarıdır, yəni bütün Rusiya ekonomikası müharibə elan edilməsinin fors-major olmasından istifadə edərək özünü iflas edə bilərlər. Bütün fəaliyyətlərə son verə bilərlər. Ümumiyyətlə, Rusiya iqtisadiyyatı tamamilə çökə bilər. Ona görə də, Rusiya hələ ki,  bu son addımı atmır, müharibə elan etmir. Dünyanın nəbzini tutmağa davam edir və fəaliyyətlərinin necə nəticə verəcəyini bir sınamadan keçirir. Vaxt keçdikcə də, əlbəttə ki, görəcəyik bütün bu sınamaların nəticəsi necə olacaq”.
Tarix: 22-09-2022, 22:52
Xəbəri paylaş





Xəbər lenti