“Növbəti hərbi məğlubiyyət baş verməlidir” – Rusiyalı yazıçı Putinin devrilməsi şəraiti baradə danışıb




Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putini hakimiyyətdən kənarlaşdırmaq üçün o, növbəti hərbi məğlubiyyətə uğramalıdır.
Bu fikri rusiyalı yazıçı Viktor Şenderoviç səsləndirib («UNİAN»).
«Bu gün söhbət artıq təbliğatdan getmir, necə deyərlər, «sehrli saçlardan» getmir, bu gün söhbət hakimiyyətdən kənarlaşdırmaqdan gedir… Ölkə 20 ildən artıqdır ki, tamamilə sehrlənib və indi saçları yolmaq gecdir, artıq başı qopartmaq lazımdır» - o, qeyd edib.
«Bax, səfərbərlik elan olunması ilə bu yarımgünlük gecikmə çoxlu sayda möhtəkirlik doğurub. Bütün bunlar gözləyirlər (Putinin hakimiyətdən uzaqlaşdırılmasını - Red.), bu, açıq görünür. Başlıca fikir ondadır ki, hansısa bir məqamda orada həmin buldoqlar… xalça altında kimsə kiminsə nəyini isə dişləyəcək. Mənim bu barədə heç bir informasiyam yoxdur. Düşünürəm ki, bu, baş verə bilər, amma bunun üçün növbəti hərbi məğlubiyyət baş verməlidir, o zaman Putinin gələcək gərginləşdirmə üçün imkanları qurtaracaq» - yazıçı əlavə edib.
Şenderoviç həm də özünə sual verir ki, nüvə silahı əlində olan rusiyalı zabitlər hansı səviyyəyə qədər adekvat vəziyyətdə olurlar. «Belə əmri yerinə yetirməkdən imtina edəcək adamlar varmı? Bu, mənə başlıca sual görünür».
RF nüvə şantajı: Putin kütləvi qırğın silahı tətbiq etməyə hazırdırmı?
RF Prezidenti Putin dəfələrlə nüvə şantajından istifadə edib. Özünün son çıxışlarının birində o, deyib: «Kim isə bizi belə şantaj etmək cəhdi göstərirsə, bilməlidir ki, külək həm də onlar tərəfə əsə bilər».
Ukraynalı hərbçilərin fikrincə, Putinin nüvə şantajı blefdir. Beləliklə o, Ukraynanı kapitulyasiyaya sövq etməyə cəhd göstərir.
AzPolitika.info
Tarix: 24-09-2022, 09:57
Xəbəri paylaş





Xəbər lenti