“Putin dəli deyil, hər şeyi yaxşı bilir” - Brayza
Rusiya Prezidenti Vladimir Putinin və rus təbliğatçılarının nüvə silahı ilə bağlı təhdidləri yalnız dünyanı qorxutmaq məqsədi daşıyır. Lakin Rusiya rəhbərinin özü də dəli deyil. Bu sözləri ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Nüvə silahı Rusiyanın hərbi doktrinasının bir hissəsidir: düşməni qorxuya salmaq və onu təslim olmağa inandırmaq... Putin indi bunu edir. O, dəli deyil, yox. O, yaxşı bilir ki, nüvə silahından istifadə olunarsa, onun üçün tamamilə hər şeyin bitmək riski var. O cümlədən öz həyatının da”, - Brayza vurğulayıb.
Axar.az
Tarix: 25-09-2022, 11:17