"Pelosinin İrəvana gəlişi kimi səfərlər münaqişələri daha da qızışdırır" - Makey
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana gəlişi kimi səfərlər yalnız münaqişələri qızışdırmağa xidmət edir."Report" TASS-a istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.
"Bu cür səfərlər münaqişələrin yumşaldılması ilə deyil, əksinə, kəskinləşməsi ilə əlaqələndiriləcək", - V.Makey bildirib.
Tarix: 25-09-2022, 22:00