Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Zeki
Öztürk, Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar əvvəlcə şəhərin girəcəyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini, sonra Ulu Öndərin
abidəsini ziyarət edərək, onların xatirəsini dərin ehtiramla yad edib, önünə gül-çiçək dəstələri
düzüblər.
Sonra onlar Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım
atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona
dəymiş ziyanı əks etdirən fotostentlərə baxıblar.
Qonaqları qəbul edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onlara
Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd olunub ki,
Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları
tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun
infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq
bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7
mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına
güclü ziyan dəyib, dağıntılar olub.
Dinc əhali 16 mülki şəhid verib, erməni vandalları tərəfindən şəhər qəbirstanlığının atəşə tutulması
nəticəsində dəfndə iştirak edən 4 nəfər həlak olub.
Rayon rəhbəri Vətən müharibəsində rayonun 66 hərbi şəhid verdiyini dilə gətirib, 12-13 sentyabr
2022-ci il tarixdə isə Ermənistan tərəfindən dövlət sərhəddində törədilən genişmiqyaslı təxribatın
qarşısının alınması zamanı rayonun Evoğlu kəndindən olan 1996-cı il təvəllüdlü, Azərbaycan
Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət edən əsgər Məftun
Əhəmədzadənin şəhid olduğunu bildirib.
İcra baççısı qonaqlarla qarşılıqlı fikir mübadiləsi edib, onlar Türkiyənin həmişə Azərbaycanla
birlikdə olduğunu, bir millət iki dövlət arasında səmimi və qarşılıqlı dostluq münasibətləri
yaşandığını bildiriblər.
Sonda qonaqlara rayon icra hakimiyyətinin başçısı tərəfindən xatirə hədiyələri təqdim edilib.
Tarix: 26-09-2022, 23:34