Tərtər Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad
olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə
borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirərən Vətən
müharibəsi iştirakçılarına və qazilərə “Suqovuşanın azad olunmasına görə” və
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı il təsdiq edilmiş
“Vətən müharibəsi iştirakçısı” medallarının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-
mühafizə orqanlarının rəhbərləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi
bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə
kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin
gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən
müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi
əhəmiyyətini xüsusi qeyd edib və 12-13 sentyabr tarixindən başlayaraq ermənilərin
dövlət sərhəddində törətdikləri genişmiqyaslı təxribatdan da danışıb. Bildirilib ki, öz
qanları, canları bahasına tarixə şanlı zəfər gününü yazan Vətən oğulları heç zaman
unudulmayacaq.
Rayon rəhbəri vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib.
Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın
azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçuları təbrik edərək Ulu
Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına
qovuşmalarını arzulayıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının
dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirib.
Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı
ilə təstiq edilmiş 4 “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan
Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təstiq edilmiş 103 “Vətən
müharibəsi iştirakçısı” medalları Vətən müharibəsi iştirakçılarına və qazilərə təqdim
olunub.
Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 27-09-2022, 08:30