Hindistan Ermənistana təxminən 250 milyon dollar dəyərində silah-sursat göndərəcək.
Belə ki, sentyabrın əvvəlində iki ölkənin hökumətləri arasında müvafiq müqavilələr imzalanıb. Düzdür, müqavilələrin dəyəri açıqlanmasa da məlumata görə, 20 milyard rupidən danışmaq olar. Dollarla hesablandıqda bu 244 milyondan çoxdur. Sifariş yerli istehsal olan “Pinaka” raket sistemlərinin ilk ixracını əhatə edir. Həmçinin razılaşmanın bir hissəsi olaraq Hindistan Ermənistana tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar da verəcək. Nə baş verir? Ermənistanın ardıcıl şəkildə təxribatlar törətməsi və 13-14 sentyabr hadisələri sonrası Hindistanın ölkəmizə qarşı sərgilədiyi mövqe diqqət çəkir. Təsadüfi deyil ki, Yeni Dehlini təmsil edən nümayəndə sentyabrın 15-də BMT Təhlükəsizlik Şurasının toplantısında ölkəmizi “təcavüzkar” adlandırmışdı. Düzdür, sonra da təmsilçi “təcavüzkar” sözünü işlədərkən ölkə adı çəkmədiyini desə də “Təcavüzkar tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq” deyərkən rəsmi Bakını nəzərdə tutduğu açıq idi. Çünki həmin zaman Azərbaycan silahlı qüvvələri Ermənistanın təxribatlarına cavab verirdi. Bu mənada istər Hindistanın bu addımı, istərsə də Ermənistana təxminən 250 milyon dollar dəyərində silah-sursat göndərməsi bu ölkənin ölkəmizə qarşı növbəti dəfə öz riyakar simasını aydın şəkildə göstərir. Qandiyə qarşı təhqir Əlbəttə Hindistan müstəqil ölkədir və istədiyi ölkəyə silah sata bilər. Lakin silah satdığı ölkənin Ermənistan olması bu ölkənin öz müqəddəslərinə, tarixi şəxslərinə də hörmətsizliyinin göstəricisidir. Məsələ ondadır ki, ötən ilin mart ayının 29-da Ermənistanın paytaxtı İrəvanda yerləşən Hindistanın siyasi və ideoloji lideri Mahatma Qandi abidəsini yandırmışdı. Özü də bu hadisə erməni millətçiləri tərəfində heykələ qarşı aksiya başladılaraq edilmişdi. Qandinin heykəlinin yandırılmasını səbəb isə erməni milliyyətçilərinin onu “erməni soyqırımı”nı inkar etməkdə günahlandıraraq Qandini Türkiyəyə simpatiyada ittiham etmələri idi. Qandi pasifist bir siyasətçidir – yəni özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhdarı olan şəxs olub. Belə olan təqdirdə Qandi “erməni soyqırımı”nı inkar edə bilərdimi? Əgər həqiqətən də ortada “erməni soyqırımı” olsa idi, bunu öncə Mahatma Qandi tanıyar, hətta bunu dünyaya tanıdardı. Hindistanın Bakıya qarşı dəyişən mövqeyi Hindistan ilə Azərbaycan arasında əslində tarixi əlaqələr genişdir. Xüsusilə Azərbaycanda Hindistan mədəniyyəti sevilən, sayılan, hörmət edilən bir mədəniyyətdir. Bununla belə rəsmi Yeni Dehlinin Bakıya qarşı mövqeyinin mənfi mənada dəyişdiyi aydın sezilir. Hesab edirəm bunun bir neçə səbəbi var: Birincisi, din amilidir. Hindistanın hazırda yürütdüyü ermənipərəst siyasətinin əsasında bu ölkənin islamofob hakimiyyətinin mövqeyi dayanır. Ümumiyyətlə Hindistanın hakim radikal, millətçi “Bxaratiya Canata” (BJP) partiyası və onun lideri Narendra Modi uzun müddətdir ki, islamafob və nasist siyasət yeridir. Narendra Modi 2014-cü ildə hakimiyyətə gəldikdən sonra ölkədə islamafobiya və müsəlmanlara qarşı hücumlar hər il artmağa başlayıb. Hindli millətçilərinin müsəlmanları ölümlə hədələyən and videolarının yayılması həm ölkə daxilində, həm də xaricdə dəfələrlə reaksiyalara səbəb olub. Düzdür, bu cür çıxışlar diskurs baxımından xristianlar, sinqxlər və buddistlər kimi icmalara ünvanlansa da praktiki olaraq müsəlmanları hədəf alır. Sonuncu dəfə isə hakim partiyanın sözçüsü Naveen Kumar Jindal Twitterdə Məhəmməd peyğəmbəri təhqir edən paylaşımına böyük reaksiya almışdı. Məsələ ilə bağlı Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırmış Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən islam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilmışdı. İkincisi, Azərbaycanın Pakistan ilə münasibətləri və Kəşmir məsələsidir. Aydın məsələsidir ki, son illərdə Pakistan ilə Azərbaycan arasında münasibətlər sürətlə və çoxşaxəli surətdə inkişaf edir. İki ölkə arasında imzalanan hərbi siyasi müqavilələr görünür Hindistanı narahat edir. Pakistanın 44 günlük vətən müharibəsindəki mövqeyi və Bakıya açıq dəstəyi verməsi isə görünr Hindistanı xüsusi ilə ciddi narahat edib. Yeni Dehli görünür Bakının Kəşmir münaqişəsində mövqeyinin dəyişməsindən ehtiyat edir. Halbuki Azərbaycan hər zaman Kəşmir münaqişəsinin beynəlxalq hüquq əsasında dinc yolla həllini di dəstəkləyib. Bakının atmalı olduğu addımlar Hindistanın ermənistana6 açıqca dəstək verməsi, xüsusilə də tərəflər arasında gərginliyin hələ də davam etdiyi bir zamanda dəstəkləməsi qəbuledilməzdir. Hesab edirəm rəsmi Bakı Dehliyə qarşı cavab addımları atmalıdır. Ehtimal cavab addımları isə bunlar ola bilər: 1. Azərbaycan Hindistanın riyakar və ermənipərəst siyasətindən nəticə çıxarmalı, siyasi və hərbi sahədə Çinlə əməkdaşlığını daha da gücləndirməlidir. 2. Azərbaycan, Türkiyə və Pakistan ilə münasibətləri daha da sıxlaşdırmalı bu yolla Hindistanın riyakar siyasətinə adekvat cavab verməlidir. 3. Azərbaycan cəmiyyəti Ermənistana dəstək verən Hindistanın əsl simasını aydın görməli, bu ölkənin maddi və mədəni istehsalını baykot etməlidir. 4. Azərbaycan Kəşmir münaqişəsindəki mövqeyini Pakistanın lehinə gözə çarpacaq şəkildə dəyişməli bu istiqamətdə Çin Hindistan ilə əlaqələri inkişaf etdirməlidir.
Müəllif: Politoloq Turan Rzayev
Siam.az