Avropa Birliyi nümayəndəsinin açıqlaması Ermənistanı dəli etdi


Avropa Birliyi nümayəndəsinin açıqlaması Ermənistanı dəli etdiQarabağda yaxalanmış Ermənistan hərbçiləri (Foto: arxiv)

Ermənistan səfiri avropalı diplomatın dərc etdiyi iki yazıya münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan sosial şəbəkələrdə yayılan və “Azərbaycan hərbçiləri tərəfindən əsirlərin güllələndiyi” iddia edilən videodan sonra Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mövqeyini tənqid edib.
Belə ki, Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar həmin görüntüləri gördüyünü və bunun doğru olduğu təsdiqlənərsə, günahkarların cəzalandırılması lazım olduğunu bildirib. O, daha sonra başqa bir yazı dərc edərək bildirib ki, ona “Azərbaycanlılara qarşı hərbi cinayətləri əks etdirən” bir neçə video da göndərilib. Onun sözlərinə görə, bu hadisələr də araşdırılmalıdır.
Marukyan bu açıqlmalardan sonra sosial şəbəkələrdə öz etirazını bildirməyə başlayıb. “Biz hərbi cinayətin qurbanı ilə cinayətkarın özü arasında bərabər işarənin olmasına icazə verməyəcəyik. Azərbaycan Silahlı Qüvvələrinin hərbi cinayətləri ilə bağlı yeni təkzibedilməz sübutlar ortaya çıxan kimi Bakı dərhal 44 günlük müharibə zamanı Ermənistan tərəfinin guya cinayət törətdiyi barədə məlumat yayıb. Bu, zərərçəkmiş və cinayətkar arasında bərabərlik işarəsinin qoyulmasına səbəb olur. Üstəlik, irimiqyaslı müharibə zamanı baş vermiş insidenti sülh müqaviləsi mətninin müzakirəsi zamanı törədilmiş aşkar hərbi cinayətlə eyniləşdirmək cəhdi heç bir məntiqə sığmır”,- deyə Marukyan iddi edib. Bundan əlavə, o, böyük bir “əminlik” içərisində bildirib ki, Ermənistan hərbçiləri heç vaxt belə hərbi cinayətlər törətməyiblər.
Qeyd edək ki, Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov məsələ ilə bağlı açıqlamasında bildirib ki, hazırda təslim olmağa hazır olmaq, öz mövqelərini əmrsiz və müqavimətsiz tərk etmək, fərarilik – Ermənistan Müdafiə Nazirliyinin gündəminin aktual mövzularıdır.

“Əminəm ki, bu mövzudan beynəlxalq aləmdə istifadə etmək cəhdləri ilə yanaşı, sosial şəbəkələrdə təkrarlanan kadrlar məğlubiyyətdən sonra ruhdan düşmüş Ermənistan əsgərinin döyüş qabiliyyətini yüksəltmək vəzifəsini daşıyır”.
Beynəlxalq komponentə gəlincə, sabiq nazir vurğulayıb ki, bu videonun yaranması, Aİ ölkələrinə qaz nəqli üçün interkonnektorun açılışı ilə eyni vaxta təsadüf edib. “İrəvanın əsas məqsədi Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinə nail olmaqdır”.
Qeyd edək ki, Ermənistan tərəfinin daha ağır cinayətləri, o cümlədən Xocalı soyqırımı hələ də cəzasız qalmağa davam edir.
Tarix: 3-10-2022, 15:37
Xəbəri paylaş





Xəbər lenti