“Sorosun Azərbaycan şəbəkəsi yenə hərəkətə gətirilib”


 
 
“Sorosun Azərbaycan şəbəkəsi yenə hərəkətə gətirilib: indi də Praqa sammitinin gedişi ərəfəsində keçirilən görüşlərdə qazandığımız uğurları gözdən salmağa, bu mərhələdə də düşmən təbliğatına kömək etməyə girişiblər!”
 

Pravda.az-ın xəbərinə görə, bunu Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bildirib.
 
“Sevinclə Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşməsinin razılaşdırılmasını 44 günlük Qarabağ savaşında qapı dalında qoyulan Qərbin yenidən danışıqlar prosesinə cəlb olunması və Azərbaycanın uduzması kimi qiymətləndirirlər. Bu, həmin şəbəkə təmsilçilərdir ki, düz iki ildir, Sorosun Ermənistan qanadını - Paşinyan hakimiyyətini qorumaq məqsədiylə Azərbaycanın Ermənistanı məğlub etmədiyi fikrini israrla cəmiyyətə sırıyır, ölkənin içindən erməni təbliğatına aşkar dəstək verir, 12-13 sentyabr hadisələrindən sonra isə açıq şəkildə Azərbaycanın Ermənistan ərazilərini işğal etdiyini deyərək əsgərlərimizi hərbi cinayətlərdə suçlayırlar... Düşmənin buynuzu olmur ki... Düşmən elə belə olar - sənin hər uğurunu kiçiltməyə, gözdən salmağa, əhali arasında etibardan və nüfuzdan salmağa çalışar” – E.Şükürlü qeyd edib.
Tarix: 10-10-2022, 08:50
Xəbəri paylaş





Xəbər lenti