“Rus, qazax, belarus, qırğız azərinin və türkün ayağını öpməyə hazırdır, onlar bizə görə döyüşməyəcək” - Arşakyan
“Paşinyan etiraf edib ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra Ermənistan “Artsax”ın himayədarı və təhlükəsizliyinin təminatçısı statusunu itirdi. Bizim bu statusu qaytarmağa sadəcə olaraq gücümüz çatmır. Digər tərəfdən, Ermənistanın dövlət büdcəsindən tam dotasiya alan Xankəndi indi İrəvanla heç bir koordinasiyaya malik deyil. Əksinə onlar indi rəsmi İrəvandan çox Moskvaya yönəliblər və bütün addımlarını ruslarla razılaşdırırlar”.KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb: “Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan KTMT ilə bağlı dünənki sözlərinə görə Paşinyana hücum edib. Aydındır ki, Türkiyə və Azərbaycan hələ də regionda bizim üçün əsas təhlükədir. Xüsusilə KTMT çərçivəsində hərbi təlimlərin keçirilməsinə razılıq verməsək, bu, döyüş vərdişlərinin təkmilləşdirildiyi ən yüksək səviyyəli hərbi təlimdən imtina etmək demək olacaq” – Ohanyan vurğulayıb. Aydındır ki, Ohanyan Moskvanın kuklasıdır. Ona görə də hazırkı hakimiyyətin KTMT, xüsusən də Rusiya ilə bağlı qəti mövqeyinə görə hay-küy salırlar. Paşinyanın məntiqi isə sadədir. Əgər KTMT öz tamhüquqlu üzvü olan Ermənistana tez və effektiv yardım göstərə bilmirsə, o zaman bu, bizə nə üçün lazımdır? Rus, qazax, belarus, qırğız azərinin və türkün ayağını öpməyə hazırdır. Onlar bizim köməyimizə gəlməyəcəklər və bizə görə Azərbaycan və Türkiyə ilə vuruşmayacaqlar. Buna görə də cəmiyyətin əksəriyyəti Paşinyanın KTMT təlimlərinin Ermənistan ərazisində keçirilməsinin məqsədəuyğun olmaması ilə bağlı sözlərini müsbət qarşılayıb. Bu təlimlər formallıqdır, ölkəmizə heç bir əməli fayda gətirmir”, – deyə erməni analitik vurğulayıb.
“Müxalifət həmişəki ədəbsizliyi ilə Paşinyanı Bakı və Ankara ilə müəyyən razılaşmaları yerinə yetirməkdə, KTMT-nin Ermənistan ərazisindəki təlimlərindən imtina etməkdə günahlandırmağa başlayıb. Son vaxtlar bundan gülməli ittiham görməmişəm. Çünki Azərbaycan və Türkiyə nə KTMT-dən, nə də onun təlimlərindən qorxmur. Paşinyan bu addımı ilə sadəcə olaraq həm Moskvaya, həm də KTMT-yə onlardan daha aydın mövqe gözlədiyini göstərmək istəyib. Bu arada Ermənistan müdafiə nazirinin keçmiş müavini, Artak Zakaryan, “Nikol artıq Ermənistanı da tamamilə satıb…” fikirini səsləndirib. Bunu, lideri bütün ölkəni Rusiyaya satan, Aİ və NATO ilə əməkdaşlıqdan imtina edən partiyanın nümayəndəsi deyir. Amma erməni xalqı bilir ki, Ermənistanı Paşinyan yox, Koçaryan və Sarkisyan satıb”, – deyə Arşakyan fikirlərini tamamlayıb.
Tarix: 13-01-2023, 13:16