"Qud bay, London!" - Rusiyanın stop-vərəqinə XİN və Baş Qərargah rəhbərləri daxil edildi...
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Britaniyanın Baş Qərargah rəisi Patrik Sanders Rusiyanın yeni stop-vərəqinə daxil edilib. Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Yanvarın 12-də Rusiya stop-vərəqinə əlavə olaraq Birləşmiş Krallığın "Böyük Britaniya hökumətinin Rusiya əleyhinə siyasəti ilə əlaqədar olaraq" 36 nümayəndəsini daxil edib.
Onların arasında Böyük Britaniyanın XİN rəhbəri Ceyms Kleverli, Regionların sosial-iqtisadi inkişafı, mənzil təminatı, icmalar və yerli idarəetmə işləri üzrə nazir Mixael Qouv, Baş Qərargah rəisi Patrik Sanders, Britaniya Silahlı Qüvvələri Strateji Komandanlıq rəhbərliyinin və Mərkəzi kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri və başqaları var", - Zaxarova deyib.
Rusiya XİN "persona-non-qrata"ların tam siyahısının dərc edilməsini "məqsədəuyğun hesab etmir".
Lakin Zaxarova vurğulayıb ki, nazirlik lazım gələrsə "Britaniya hakimiyyətini və ictimaiyyətini Rusiyanın əleyhinə çıxanlar, onun beynəlxalq təcridinə cəhd edənlər, ikitətərəfli əlaqələrin əsasını dağıdanlar haqqında" məlumatlandırmağa hazırdır.
Tarix: 15-01-2023, 22:40