Korrupsiya reytinqi: Azərbaycanın göstəricisi 23 baldır


Beynəlxalq şəffaflıq qurumu olan “Transparency İnternational” 2022-ci ilin Korrupsiya Qavrama İndeksini açıqlayıb. 0-100 ballıq qiymətləndirməyə əsaslanan reytinq 180 ölkə və ərazini əhatə edir.
Somali 12 balla ən korrupsiyalaşmış ölkə sayılıb.
Azərbaycanın göstəricisi 23 baldır.
Estoniyaya 74, Litvaya 62, Latviyaya 59, Gürcüstana 56, Ermənistana 46, Belarusa və Moldovaya 39, Qazaxıstana və Türkiyəyə 36, Ukraynaya 33, Özbəkistana 31, Rusiyaya 28, Qırğızıstana 27, İrana 25, Tacikistana 24, Türkmənistana 19 bal verilib.
Hesabata əsasən, ən təmiz ölkə 90 balla Danimarkadır.
Tarix: 31-01-2023, 17:46
Xəbəri paylaş





Xəbər lenti