2023-cü il... BÜTÖV AZƏRBAYCAN İLİ... - Molla rejimi çökür...
Son günlərdə İrana qarşı hərbi müdaxilə olacağı dünyanın gündəmindədir.
İranın nüvə silahına sahib olmağa çalışması və aylardır vətəndaşlarına qarşı qətliam törətməsi buna zəmin hazırlayan əsas səbəblər olaraq göstərilir.
Son olaraq Azərbaycanın Tehrandakı səfirliyində terror hadisəsinin törədilməsinə göz yuman molla rejimi bir daha əsl xislətini biruzə verdi. Dünyada terrorun əsas himayədarı olaraq göstərilən İranın bu addımları artıq onlara qarşı həmləni qaçılmaz edir.
Hətta bununla bağlı İsrail və ABŞ-ın rəhbərliyi altında İrana qarşı beynəlxalq koalisiyanın yaradılacağı ehtimalı müzakirə mövzusuna çevrilib. Xüsusilə Benyamin Netanyahunun hakimiyyətə qayıdışından sonra bu məsələ daha da aktuallaşıb.
O, son açıqlamasında İsrail və ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birgə səy göstərməli olduğunu vurğulayıb. İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bildirib. SİAM.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda İranda uranın saflaşdırılması qanunla 5 faizə qədərdir:
“Amma atom elektrik stansiyalarında (AES) buna 18 faizədək icazə verirlər. Hətta İran uranın 50 faizədək saflaşdırma məsələsini gündəmə gətirir. İsrail kəşfiyyatı da bu barədə məlumat verir. İran artıq nüvə silahını hazırlamaq ərəfəsindədir. Bununla yanaşı, Rusiya da onlara nüvə silahı verə bilər.
Xatırladım ki, zamanında ABŞ Cənubi Koreyanı dəstəklədiyi üçün Rusiya da Şimali Koreyaya nüvə silahı verdi. Hamı bilir ki, Şimali Koreyaya nüvə silahı Sovet dövründə verilib. Bu gün də İran üçün bu məsələ gündəmə gəlir. Amma molla rejiminə nüvə silahının verilməsi təhlükəlidir. Çünki bu "bozbaş" molları ancaq adi düşünə bilirlər. Onlar gələcəkdə nələrin olacağı ilə bağlı proqnoz verə bilmirlər. Düşünmək üçün baş lazımdır, amma o da onlarda yoxdur”.
Politoloqun fikrincə, İsrail İrana qarşı koalisiya yaranması üçün ciddi şəkildə çalışır:
“İran o dərəcədə həyasızlaşıb ki, hərbi doktrinasında İsraili yer üzündən silməklə bağlı qərar qəbul edib. Yəni Yaxın və Orta Şərqdə dünyanı ən çox təhdid edən ölkə məhz İrandır. Çünki onların həyata keçirdiyi terror siyasəti təkcə Tehranın tələbləri ilə çərçivələnmir. Burada Suriya, İraq, Fələstin və Livan kimi ölkələri də aid etmək olar. Bütün bunlar gələcəkdə İsrail üçün təhlükə yarada bilər.
İran Azərbaycan səfirliyində terror törətməklə dəyişmədiyini və dəyişməyəcəyini bir daha dünyaya bəyan etdi. Ona görə də İrana qarşı beynəlxalq koalisiyanın yaradılma ehtimalı var. Yəqin ki, İrana hərbi müdaxilə qaçılmaz olacaq.
Artıq bu, reallıqdır və ilkin sınaqdan keçirilir. Həm İranın daxilində vətəndaş müharibəsi, həm də yeni müharibə başlayıb. Görünür, Allah da İrandan üz döndərib. Çünki onlar özlərini Allahın vəkili hesab edirlər. Hadisənin gedişi göstərir ki, bu il molla rejiminin sonu olacaq”.