TFU SƏNİN MƏNLİYİNƏ... VƏHŞİ MEKSİKA!!! - Bunların mayası xarabdır...

TFU SƏNİN MƏNLİYİNƏ... VƏHŞİ MEKSİKA!!!
Bu vurhavurda Meksika Senatı erməni soyqırımını tanıyıb. Ermənistan mətbuatı sevinc içində bu xəbəri yaymaqla məşğuldur...
Sadəcə bir şeyi deyim. "CNN" 2019-cu ilin fvralın 2-də ""European colonizers killed so many Native Americans that it changed the global climate, researchers say" (Avropalı müstəmləkəçilər o qədər çox yerli amerikalı öldürdülər ki, bu, qlobal iqlimi dəyişdi, tədqiqatçılar deyirlər) adlı reportaj təqdim edib. Reportajda belə deyilir: "London Universitet Kollecinin tədqiqatçıları hesab edirlər ki, avropalı köçkünlər Cənubi, Mərkəzi və Şimali Amerikada təxminən 100 il ərzində 56 milyon yerli insanı öldürərək insanların böyük əkin sahələrinin tərk etməsinə və meşələrin bərpasına səbəb olub"...
"CNN"ın həmin reportajının linkini şərh bölümünə atıram. Maraqlananlar, baxa bilər...
Qərb tarixçilərinin əsərlərini oxumuşam. Bəzi tarixçilər Avropa müstəmləkəçilərinin Ameikada 100-130 milyon yerli insanı məhv etdiyini yazır. Özü də bu, yalnız Amerika qitəsi ilə bağlı deyil. Avropalılar ən azı bir o qədər də insan Afrika, Asiya və Avstraliyada öldürüblər. Əcdadları 200 milyondan çox insanı öldürən avropalılar indi bizə deyirlər ki, siz erməni soyqırımı törətmisiz. Bunlarda abır-həya deyilən şey yoxdur...
Meksika Senatı nədən ingilis, fransız, ispan, portuqalların... Amerikada törətdiyi qırğınları soyqırım kimi tanımır?...
Bizim bəzi sarsaqlar da deyir ki, Qərb demokratiyanın alınmaz qalasıdır. Demokrat dediyiniz Fransa hələ də Əlcəzairdə törətdiyi soyqırımı etiraf etməyib. Fransa tərəfindən 132 il ərzində 1,5 milyon əlcəzairli qətlə yetirilib. Fransa Amerika, Afrika, Asiyada hansı vəhşilikləri törərdib, bunu tarix unutmayıb. Fransa törətdiyi bu soyqırımlardan bir kəlmə danışmır. Ancaq Türkiyəni erməni soyqırımında ittiham edir. Hansı məntiqlə, hansı vicdanla?..
Niyə Fransanı vurğulayıram? Fransa özünü çağdaş Qərb dəyərlərinin müəllifi kimi təqdim edir. Gör, Fransa bugündədirsə, digərləri nə haldadır.
Fransa da daxil olmaqla bir çox Qərb ölkəsi bugün Afrikada, Asiyada, Yaxın Şərqdə müstəmləkəçilik siyasətini iqtisadi müstəviyə keçirib və yerli xalqları-ac və zavalı insanları istismar edirlər...
Qərb mətbuatında bu məsələ ilə bağlı özləri də hərdən müəyyən etiraflarda bulunurlar. Amma bu, mənzərəni dəyişmir ki...
Elbəyi HƏSƏNLİ 
Tarix: 9-02-2023, 16:11
Xəbəri paylaş





Xəbər lenti