Millət vəkili ilə hərbi ekspert arasında Rusiya MÜBAHİSƏSİ: “Rusiyanı niyə yola gətirməliyik axı?” - VİDEO
TV Müsavatın efirində, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Rusiyanın Qarabağ məsələsində tutduğu mövqe və Rusiya ilə münasibətlər məsələsində fikir ayrılığı yaşandı. Hərbi ekspert Üzeyir Cəfərov “biz Rusiyaya arxalanmamalıyıq” deyərək, Q.Həsənquliyevə etiraz edib: “Hörmət etdiyim Qqdrət bəy deyir ki, biz bu məsələni Rusiya ilə həll etməliyik. Amma Rusiya bunun həll olunmasını istəmir”. Bundan sonra debat iştirakçıları bu mövzuda toqquşan fikirlərini ifadə edib:
Q.Həsənquliyev: Həll eləmək demək Rusiyaya arxalanmaq demək deyil. Mən deyirəm ki, Rusiyanı yola gətirməliyik. Ü.Cəfərov: Rusiyanı niyə yola gətirməliyik? Q.Həsənquliyev: Mütləq savaşmaq lazımdır? Ü.Cəfərov: Fevralın 22-də bizim Rusiya ilə müttəfiqlik sazişimizin 1 illiyi tamam olur. Bu 1 il ərzində Rusiya Qarabağ məsələsinin həlli üçün yarım addım da olsa bir irəliləyiş edib? 68 gündür ki, bizim ekoloqlarımız adicə bir monitorinqin keçirilməsinə nail ola bilmirlər. Rusiya saymazlıq göstərir Azərbaycana. Rusiyaya qalsa, 20 il də vaxtı uzadacaqlar. Onlar məsələnin həllini istəmirlər. 70-ə yaxın Rusiya avtomobilləri Xankəndi-Laçın yolu ilə hərəkət edirlər. Q.Həsənquliyev: Onları niyə buraxırıq, sizcə? Ü.Cəfərov: Azərbaycanı 68 gün ərzində BMT tribunasına çıxaran da Rusiya oldu. Çünki əgər onlar ötən ilin dekabrında monitorinqə icazə versəydi, bu problem də yaranmazdı. R.Arifoğlu: Bəlkə elə bu monitorinqə icazə verilməməsi işimizə yarayır? 68 gün uzadırıq, yolu bağlayırıq. Getdik monitorinq etdik, pozuntuları da aşkarladıq, amma yol açıq qaldı. Ü.Cəfərov: Bunu Azərbaycan rəsmiləri deyir. Ora silah daşınır, qeyri-qanuni yollarla istədiklərini aparırlarə. Vardanyan Moskvaya hardan getdi? R.Arifoğlu: Əgtər belədirsə, o zaman o yolda aksiya keçirən gənclərin, fəalların aksiyasına heyif olur. Q.Həsənquliyev: O gənclər Rusiya sülhməramlılarının maşınını yoxlaya bilmirlər. Ü.Cəfərov: Bizə o maşınların qapısını belə açmağa icazə vermirlər. Sülhməramlıların maşınında daşınır. Ermənilərinin özünün yazdığıdır ki, rus general hər maşına görə 1000 dollar rüşvət alır.