Ermənistan Azərbaycanla sərhədə Avropa polislərini düzəcək


Paşinyan Qərbi Qafqaza gətirir
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistan Azərbaycan sərhədi boyunca 100 avropalı polis yerləşdirəcək.
Avropa İttifanın uzunmüddətli missiyası artıq gələn həftədən Ermənistanda olacaq. Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen missiyanın tərkibinə Aİ ölkələrindən olan 100 nəfərə yaxın polisin daxil olacağını xəbər verib. Lyayen Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdükdən sonra sosial şəbəkədəki paylaşmasında Avropa İttifaqının Ermənistanın etibarlı tərəfdaşı olduğunu və sülhü və sabitliyi təmin eləmək üçün gələn həftə Ermənistana 100 nəfərlik missiya göndəriləcəyini yazıb. 
Hürr Tərcüman

 
Tarix: 18-02-2023, 14:02
Xəbəri paylaş





Xəbər lenti