Co Bayden Kiyevə səfərini Moskva ilə razılaşdırıb



 
Co Bayden Ukrayna ərazisinə daxil olmasını Moskva ilə razılaşdırıb.
 
Ovqat.com-un məlumatına görə, iddianı Associated Press agentliyi irəli sürüb.
 
Bildirilir ki, Vaşinqton bu addımı “iki nüvə dövləti arasında birbaşa münaqişəyə gətirib çıxara biləcək hər hansı səhv hesablamalardan qaçmaq üçün” atıb.
 
Daha sonra məlumatı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da təsdiqləyib. “Biz münaqişə vəziyyətindən qaçmaq üçün prezident Baydenin Kiyevə səfərindən bir neçə saat əvvəl Rusiyanı xəbərdar etmişdik”, - o deyib.



Tarix: 21-02-2023, 08:37
Xəbəri paylaş





Xəbər lenti