Bayden Ukraynaya "F-16"ın verilməsini istisna edib
Co Bayden
ABŞ prezidenti Co Bayden deyib ki, Ukraynanın indi "F-16" qırıcılarına ehtiyacı yoxdur, ona görə də onların Kiyevə transferini hələlik istisna edir.
Bizimyol.info xəbər verir ki, bu barədə Bayden fevralın 24-də "ABC" televiziyasına müsahibəsində bildirib.
“Hazırda mən bunu istisna edirəm", - deyə o, uzun müddətdir müzakirə mövzusu olan - Ukraynaya "F-16"ın verilib-verilməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib.
Amerika prezidenti əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenskiyə tanklar, artilleriya, hava hücumundan müdafiə vasitələri, o cümlədən "HIMARS" lazımdır: "Biz ona lazım olanı göndəririk ki, onların yazda, yayda və payızın əvvəlində uğur qazanmaq imkanı olsun", - deyə qeyd edib.
Bu, ABŞ-ın gələcəkdə Kiyevə "F-16"ları ötürməkdən imtina etməsi anlamına gəlirmi sualına Bayden deyib ki, o, Ukraynanın uzunmüddətli müdafiə ehtiyaclarını proqnozlaşdıra bilməz.
Eyni zamanda, fevralın 24-də Vaşinqtondan Delaverə uçmazdan əvvəl ABŞ prezidenti Kiyevdə Zelenski ilə Amerikanın "F-16" qırıcılarının tədarükü ilə bağlı söhbətin təfərrüatlarını verməkdən imtina edib.
“Bu, şəxsi söhbət idi", - deyə Bayden jurnalistlərə bildirib.
Tarix: 25-02-2023, 08:58