Putin: Rusiya yalnız ABŞ-ın maraqları naminə yeni dünyanın qurulmasının əleyhinədir
Rusiya təkcə ABŞ-ın deyil, bütün digər NATO ölkələrinin nüvə potensialını nəzərə almalıdır. Çünki alyans Rusiyanın strateji məğlubiyyətini özünün əsas məqsədi hesab edir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalında yayımlanan "Moskva.Kreml.Putin" proqramına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ sattelitləri Rusiya Federasiyasına qarşı mübarizəyə qoşulsalar da, Vaşinqtonun niyyətlərinin eqoistliyindən xəbərdardırlar.
Putin qeyd edib ki, NATO-nun Ukraynaya silah tədarükü bu, münaqişədə iştirakdır, çünki Qərb bu silahlara görə pul almır.
Kremlin rəhbəri ölkəsinin hüquqi mənada SSRİ-nin varisi olsa da, başqa potensiala malik olduğunu vurğulayıb:
"Dünya dəyişməlidir, lakin Rusiya yalnız bir ölkənin - ABŞ-ın maraqları naminə yeni dünyanın qurulmasının əleyhinədir".
Tarix: 26-02-2023, 15:53