Alen Simonyan Moskvanı ‘bir az sakit olmağa’ çağırıb
Ermənistan və Azərbaycan sülh müqaviləsinin 3-4 maddəsi üzrə hələ ki razılığa gələ bilməyiblər.AzadlıqRadiosunun Erməni xidməti –
Azatutyun yazır ki, bunu fevralın 28-də Ermənistan Milli Məclisinin spikeri
Alen Simonyan deyib.
O əlavə edib ki, bəzi təkliflər üzrə tərəflər arasında konsensus var.
Parlamentin spikeri söhbətin hansı bəndlərdən getdiyinə aydınlıq gətirməyib.
O yalnız bunu deyib ki, “beynəlxalq aləmdə tanınmış prinsipləri” nəzərdə tutur:
“Belə ola bilməz ki, 10 bəndin 10-u barəsində də fikir ayrılığı olsun. 3-4 bənd üzrə fikir ayrılığı var”.Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olduğunu deyən Simonyan vurğulayıb ki, buna Azərbaycanın yeni-yeni təkliflər irəli sürməsi və sərhəddəki təxribatlar mane olur.
Azadlıq radiosu
Tarix: 1-03-2023, 11:38