ABŞ Maliyyə Nazirliyi İranın Buşehrdəki neft-kimya şirkətlərini və 20 gəmisini “qara siyahı”sına əlavə edib.KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Departamenti məlumat yayıb.
Qeyd olunur ki, “Buşehr Petrochemical Company” və “Shiraz Petrochemical” şirkəti sanksiyalara məruz qalıb.
Bundan əlavə, məhdudiyyətlər Çin, Panama, Vyetnam, Toqo, Tuvalu, Sent Vinsent və Qrenadin bayraqları altında üzən gəmilərə aid edilib.