HDP 2019-cu ildə müxalifətin İstanbul, Ankara və digər şəhərlərdə bələdiyyə seçkilərində qalib gəlməsinə kömək edib.Türkiyə kürdlərinin birləşdiyi Xalqların Demokratik Partiyasının (HDP) lideri prezident Tayyip Ərdoğanı seçkidə məğlub etmək üçün müxalifəti birləşməyə çağırıb.
Reüteres agentliyi yazır ki, bu, 6 müxalifət partiyasından ibarət blokun üzvləri arasında yaranmış fikir ayrılığından bir gün sonraya təsadüf edir.
Qeyd edək ki, müxalifət blokuna daxil olan İYİ partiyası martın 3-də vahid namizəd məsələsində razılığa gələ bilmədiklərinə görə blokdan çıxdığını elan edib.
HDP-nın həmsədri Mithat Sancar martın 4-də partiyanın iclasında ölkədəki bütün siyasi və ictimai müxalifəti demokratiya, ədalət və azadlıq məqsədləri ətrafında birləşməyə çağırıb.
12% dəstəklə ölkədə üçüncü böyük partiya olan HDP müxalifət blokuna daxil deyil. Amma 2019-cu ildə bu partiyanın tərəfdaşları müxalifət blokunun İstanbul, Ankara və digər şəhərlərdə bələdiyyə seçkilərində qalib gəlməsinə kömək etdi.
Bunadək keçirilən rəy sorğuları göstərirdi ki, müxalifət blokunun Ərdoğan hakimiyyətinə qalib gəlməsi və parlamentdə çoxluq qazanması üçün HDP seçicilərinin dəstəyi lazım olacaq.
Sancar bildirib ki, daha kiçik sol partiyalarla müttəfiq olan HDP prezidentliyə namizəd irəli sürmələ bağlı əvvəlki qərarını yenidən nəzərdən keçirir.
Qeyd edək ki, Türkiyə hakimiyyəti əsasən kürdlərin birləşdiyi HDP partiyasını Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlı qruplaşması ilə əlbir olmaqda ittiham edir, amma partiya bunu inkar edir.
Məhkəmə 2023-cü ilin yanvarında bu partiyanın bank hesablarını donduraraq onu mayın 14-də keçiriləcək seçki ərəfəsində maliyyə imkanlarından məhrum etdi.
Qeyd edək ki, Ankara və onun NATO-dakı müttəfiqləri PKK-nı terroçu təşkilat hesab edir.
PKK 1984-cü ildən bəri əsasən kürdlərin yaşadığı Türkiyənin cənub-şərqində Türkiyə hakimiyyətinə qarşı silahlı mübarizə aparır.
Bu müddət ərzində ümumilikdə 40 mindən çox adam ölüb.
Azadlıq radiosu
Tarix: 5-03-2023, 10:57