"Rusiya BMT Təhlükəsizlik Şurasında tribunalın yaradılmasına veto qoya bilər, lakin məhkəmənin yaradılmasına mane ola bilməz..." "Tribunal bir necə həftə ərzində hərbi cinayətkarlara qarşı hökm çıxara bilər..." Putin üzərində tribunal yaratmaq üçün nə lazımdır? Haaqa hakimi proseduru açıqlayıb Vladimir Putin üçün tribunal BMT Təhlükəsizlik Şurasının hüdudlarından kənarda yaradıla bilər. Tribunal bir neçə həftə ərzində hökm çıxara bilər. Moderator.az xəbər verir ki, bu barədə Haaqada Xalq məhkəməsinin sədri Stiven Rep bəyan edib. Məlumatı "unian.net" nəşri məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin üzərində tribunalın yaradılması üçün BMT Baş Assambleyasında uğurlu səsvermə lazımdır, bu qərarın lehinə təkcə Avropa İttifaqı ölkələrinin
deyil, həm də digər 90 dövlətin nümayəndələri səs verməlidir.
"Ukrayna Putini mühakimə edə bilməz. Baş Qərargah rəisi Gerasimovu, hətta müdafiə naziri Şoyqunu mühakimə edə bilər, amma dövlət başçısı və ya baş naziri mühakimə edə bilməz. Ona görə də beynəlxalq məhkəmə lazımdır. Bunun üçün lazım olan BMT Baş Assambleyasında səsvermədir", - o, deyib.
Hakimin sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasında belə tribunalın yaradılmasına veto qoya bilər, lakin o, məhkəmənin yaradılmasına mane ola bilməz, çünki Baş Assambleyada veto hüququna malik deyil.
Tribunal Təhlükəsizlik Şurasının hüdudlarından kənarda da yaratmaq olar. Əsas odur ki, təkcə Avropa ölkələri deyil, həm də başqalarının dəstəyi olsun. Avropa İttifaqının üzvü olmayan ölkə nümayəndələrinin ən azı 90 səsi lazımdır.
"Belə tribunal yaranandan sonra dərhal Putin həbs edilə bilərmi? Cavab- "yox, edə bilməz". Lakin ittihamların mövcud olması onu beynəlxalq izqoya çevirəcək...
Biz Rusiyada rejim dəyişikliyi və başqa adamların hakimiyyətə gəlməsini görə bilərik. Onlar ideal olmaya bilər, lakin görəndə ki, Putin yanlışlığa yol verib, onu məhkəməyə göndərə bilər. Bu, tamamilə mümkün olan prosesdir", - Rep əlavə edib.
O, vurğulayıb ki, belə məhkəmənin yaradılacağı təqdirdə Putin nümayəndələrinin ittihamlara qarşı əksdəlilləri olmayacaq və tribunal başqa hərbi cinayətkarlar üzərində məhkəmə prosesləri kimi illərlə deyil, bir neçə həftə ərzində hökm çıxara bilər.
Rusiya Federasiyası hakimiyyəti nümayəndələri üçün xüsusi tribunalın yaradılması-nələri bilmək lazımdır?
Yanvarın 19-da Avropa Parlamenti Rusiyanın ali rəhbərliyi üçün, o cümlədən Putin üçün ukraynalılara qarşı cinayətlərə və təcavüzə görə tribunalın yaradılması üzrə qətnamə qəbul edib.
Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası Rusya və Belarusun ali siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı təcavüz cinayətlərinə görə məsuliyyətə cəlb edilməsi üçün xüsusi tribunalın yaradılmasına çağırış edən qətnamə qəbul edib. Sənəddə tribunalın Haaqada keçirilməsi təklif edilib.
Yanvarın 26-da Praqada 21 dövlətin nümayəndələrinin iştirakı ilə Ukrayna XİN tərəfindən təşkil edilən xüsusi tribunalın yaradılması üzrə koalisiyanın təsis iclası keçirilib.
Fevralın 10-da Ukrayna prezidenti Ofisi Rusiya rəhbərliyinə qarşı tribunalın yaradılmasının iki məqbul üsullarından danışıb.
Birincisi Ukraynanın BMT ilə sazişi əsasında tribunalın yaradılması və Baş Assambleyanın müvafiq qətnaməsinin qəbul edilməsidir.
İkincisi sivil dünya dövlətləri arasında çoxtərəfli açıq beynəlxalq müqavilə əsasında tribunalın formalaşdırılmasıdır.
Fevralın 22-də Ukrayna XİN 45 dövləti BMT-nin Rusiya təcavüzü zamanı insan haqlarının pozulmasına həsr edilmiş ali səviyyəli tədbirinə toplayıb, həlledici mövzulardan biri də xüsusi tribunalın yaradılması olub.
Tarix: 5-03-2023, 22:54