İYİ Partiyada kritik yığıncaq keçirilir, hər kəs veriləcək bəyanatı gözləyir
Meral Akşener
İYİ Partiya sədri Meral Akşener partiya rəhbərləri ilə görüşmək üçün qərargaha gəlib.
Bizimyol.info xəbər verir ki, Akşener qərargahın əlavə binasına gələndə onu İYİ Partiyasının baş katibi Uğur Poyraz və digər rəsmilər qarşılayıb.
Partiyasının bəzi rəhbərləri ilə görüşə gedəcəyi öyrənilən Akşener jurnalistlərin suallarını cavablandırmayıb.
İYİ Partiya sədrinin müavini Ümit Dikbayır son vəziyyət və görüşlə bağlı qiymətləndirməsini soruşduqda "Yaxşı olacaq", ifadəsini işlədib.
İYİ Partiya İstanbul Millət vəkili Yavuz Ağıralioğlu İYİ Partiya sədri Meral Akşenerin Millət Birliyinin bu gün keçiriləcək toplantısına qatılmayacağını bildirib.
Akşenerin bəzi partiya rəhbərləri ilə görüşü üçün qərargahın əlavə binasına gələn Ağıralioğlu jurnalistlərin suallarını cavablandırıb.
Partiya sədri Akşenerin bu gün keçiriləcək Millət Alyansının toplantısına qatılıb-qatılmayacağı ilə bağlı suala Ağıralioğlu: "Sədrimiz bugünkü toplantıya qatılmayacaq", - deyib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaş Meral Akşenerlə görüşmək üçün İYİ Partiya Mərkəzinə gəlib. Şənbə günü baş tutması gözlənilən görüş, bu gün hər iki tərəfin istəyi ilə gerçəkləşəcək.
CHP-dən verilən açıqlamaya görə; İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaşın İYİ Partiyasının sədri Meral Akşenerlə görüşəcəyi bildirilib.
İYİ Partiya sözçüsü Kürşad Zorlu açıqlamasında görüşü təkzib edib. Zorlu: "İddialar həqiqəti əks etdirmir",- deyib.
Qeyd edək ki, İYİ Partiyasının sədri Meral Akşener Millət Birliyində Əkrəm İmamoğlu və ya Mansur Yavaşın prezidentliyə namizədliyini irəli sürülməsini istəmişdi. Buna nail olmadıqda isə Akşener "altılı masanı" tərk etmişdi.
Tarix: 6-03-2023, 15:30