“Qoca oliqarx”ın təhlükəli oyunu və ya “yeni Georgiyevsk traktatı mümkün deyil”


Şahin Cəfərli: “Bidzina İvanişvili tarixin təkərini geri döndürməyə çalışır, amma altında qalacaq”
“Bidzina İvanişvili tarixin təkərini geri döndürməyə çalışır, amma altında qalacaq”. SİAM.AZ xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Gürcüstanda başlayan siyasi gərginliyə münasibət bildirərkən deyib.  
Qeyd edək ki, gürcüstan Parlamentinin “Xarici agent haqqında” qanun layihəsini müzakirəyə çıxarması qonşu ölkədə etirazlarla qarşılanıb. Müxalif qüvvələr qanuna etiraz etmək üçün Gürcüstan Parlamenti qarşısında kütləvi nümayişlərə çıxıblar. Mitinqlər zamanı polislə etirazçılar arasında insidentin olduğu barədə məlumatlar var.

Ş.Cəfərli qeyd edir ki, Rusiyanın ən yaxın müttəfiqlərinin belə ondan uzaqlaşmağa meylləndiyi, Gürcüstanın milli ideyasına çevrilmiş, eyni zamanda, konstitusion bir tələb olan Avropaya inteqrasiyanın heç vaxt olmadığı qədər üfüqdə göründüyü bir mərhələdə Moskvaya yanaşaraq bu prosesi baltalamağa çalışmaq absurdizmin zirvəsidir: “Üç aqressiv gənci (Qaribaşvili-Kobaxidze-Kaladze) səhnəyə çıxarıb, pərdə arxasından onları yönləndirən “qoca oliqarx”ın hansı güc mərkəzinə güvəndiyi sirr deyil – rus qoşunları Tiflisdən cəmi 100 kilometr aralıda dayanıb. Lakin bu, çox riskli oyundur”.
“Hökumətin antikonstitusion müstəviyə keçməsi xalq inqilabına legitim zəmin yaradır. Müxalifət cəbhəsində dağınıqlığın hökm sürməsinə baxmayaraq, xalqın mütləq əksəriyyəti, xüsusən gənclik Avroatlantik inteqrasiya milli ideyasına bağlıdır və ölkədə Kreml himayəsində sərt avtokratik rejim qurulmasına razı olmayacaqlar”, deyə politoloq əlavə edib.
Onun sözlərinə görə, yeni Georgiyevsk traktatı mümkün deyil: “Ölkədə rusca bir kəlmə də bilməyən gənclik yetişib. İvanişvili artıq Gürcüstanın keçmişidir. Saakaşvili də o cümlədən...”.AYNA
Tarix: 9-03-2023, 07:47
Xəbəri paylaş





Xəbər lenti