Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulur?

Türkiyənin gömrük sistemi sanksiyalı yüklərin Rusiyaya tranzitinin bloklanmasına başlayıb.
Bu barədə məlumatı Kommersant qəzetinə biznes dairələrindən veriblər.
Türkiyə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləsə də, Moskva ilə yaxşı münasibətlərini saxlamaq üçün Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmamışdı.
Kommersant qəzeti biznes mənbələrinə istinadla yazır ki, problem sanksiyalı malların tranziti zamanı yaranıb.
Rusiya Türkiyə və bir sıra başqa ölkələrin dəstəyi ilə “paralel ixrac” deyilən sxemi həyata keçirir və ya başqa sözlərlə Qərbin sanksiyalarından yayınır.

Rusiyaya yük göndərilməsi dayandırılıb

Rusiyada “Optimalog” adlı şirkətin baş direktoru Georgi Vlastopulo martın 9-da deyib:
“Biz hələ dünəndən agentlərdən bildirişlər alırıq ki, razılaşdırılmış uçuşların bukinqləri ləğv edilib. Dediklərinə görə səbəb budur ki, Türkiyə üçün tranzit yüklər daha Rusiyaya göndərilmir”.
Transasia Logistics adlı Rusiya şirkətinin kommersiya direktoru Valeriya Savenkovanın sözlərinə görə Türkiyə bununla bağlı heç bir rəsmi göstəriş və qərar açıqlamayıb.
Savenkova deyib ki, bunu heç gözləmək də olmazdı, çünki bu halda Ankara Rusiyaya sanksiyalı mallar göndərdiyini açıq etiraf etmiş olardı.
Azadlıq radiosu
Tarix: 11-03-2023, 07:55
Xəbəri paylaş





Xəbər lenti