Rusiyadan TÜRKİYƏ İDDİASI - Ankara buna icazə vermir


 
Rusiyanın “Kommersant” qəzeti martın 1-dən etibarən Türkiyənin üçüncü ölkələrdən Rusiyaya malların tranzitinə icazə vermədiyini iddia edib.
 
Musavat.com xəbər verir ki, Rusiyanın “STALOGISTIC” logistika şirkətinin meneceri Alesya Litvinenkonun sözlərinə görə, Türkiyə tərəfi belə bir müraciətə başlayıb.
"Burada bir sıra beynəlxalq məcburi hüquqi amillər var. 1995-ci ildə Avropa İttifaqı ilə Türkiyə arasında imzalanan Gömrük İttifaqı sazişi Türkiyədən keçən tranzit malların Brüsselə bildirilməsini nəzərdə tutur. Aİ gömrükləri Rusiyaya tətbiq edilən sanksiyalar siyahısındakı malları görür. Türkiyəyə təzyiq etmək əvəzinə, BƏƏ, İran, Aİ və ABŞ ilə əlaqəsi az olan keçmiş sovet respublikalarından tranzit məntəqə kimi istifadə etmək lazımdır”, - deyə, o bildirib.
Rusiyanın Ankaradakı səfirliyi dünən Türkiyənin müvafiq nazirliyi ilə əlaqə saxladığını və müraciətlə bağlı məlumat tələb etdiyini açıqlayıb.
Tarix: 12-03-2023, 09:15
Xəbəri paylaş





Xəbər lenti