Putinin İlham Əliyevə TƏCİLİ ZƏNGİ: NƏ BAŞ VERİR?.. - Kremlə maraqlıdır ki...
TDT liderlərinin Fövqəladə Zirvə görüşündən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Putin dəqiqləşdirmək istəyir ki: 1. Azərbaycan və Türkiyə liderləri nələri müzakirə ediblər və bunun Rusiyaya təsirləri nədən ibarət ola bilər? 2. TDT çərçivəsində qəbul olunan qərarlar Qərbin Rusiyaya qarşı maraqlarına transfer ediləcək yoxsa neytrallıq əsas götürülür? 3. Bu qərarların təsirləri Cənubi Qafqaz oxunda Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıq formatını zədələyəcək yoxsa daha da dərinləşdirəcək? (Nəticələr yaxın günlərdə özünü göstərəcək) Ümumiyyətlə, TDT-ni öz strateji maraqlarının çətiri altına gətirmək üçün Qərb, Rusiya və Çin arasında mübarizə şiddətlənəcək. SƏBƏBLƏR: TDT-də təmsilçilik hüququ alan dövlətlərdən Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistan (müşahidəçidir) nəhəng zəngin ehtiyatlara sahibdir; Azərbaycanla Türkiyə alternativ hərbi blok yaradılmasına can atır və nəticələr onların xeyrinə dəyişə bilir. Aqşin Kərimov