"Moldova heç vaxt qatillərin tərəfində olmayacaq" - Sandu


"Rusiyadan bizə heç bir kömək gəlmir, oradan yalnız şantaj və savaş baş verir..."
 

"Moldovada kütləvi iğtişaşların qarşısını alınıb, "Vaqner qrupu"nun nümayəndəsi ölkəyə buraxılmayıb..."
 
Moldovanlar Putin müharibəsini ilk günlərdən pisləyib
 
Moldova prezidenti Mayya Sandu Rusiyanın tammiqyaslı müharibəsində Ukraynaya dəstək verilməsini vurğulayıb və qeyd edib ki, onun ölkəsi heç vaxt "qatillərin tərəfində" olmayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Moldova 1" telekanalına müsahibəsində deyib.
 
"Moldavanlar heç vaxt qatillərin tərəfində olmayıb və olmayacaq. Biz Rusiyanın Ukraynaya qarşı təcavüzünü müharibənin ilk günlərindən pisləmişik", - Sandu vurğulayıb.
 
Moldova lideri əlavə edib ki, Kişinyov Rusiyanın Moldovada konstitusiya quruluşunu devirmək cəhdləri, habelə onun daxili işlərinə müdaxiləsi, bunların müşahidə edildiyi təbliğat və dezinformasiya barədə bəyan edib.
 
"Lakin onların Kişinyovda Moldova vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti devirməyə cəhd etdiyinin inandırıcı sübutları üzə çıxandan sonra biz bu barədə xalqımızı məlumatlandırmaq, onun dostlarımız və düşmənlərimizin kim olduğunu bilməsi üçün açıq bəyan etdik", - Sandu vurğulayıb.
 
Pezidentin sözlərinə görə, Moldova öz inkişafı üçün resursları Rumıniya, Avropa İttifaqı, ABŞ və Yaponiyadan əldə edir. Kreml ölkəyə heç bir halda kömək etmir.
 
"Kremldən uşaq bağçaları, məktəblər və xəstəxanaların təmirinə nə qədər pul gəlib? Bir qəpik də gəlməyib. Bax, şantaj və savaş məhz oradan baş verir", - Sandu əlavə edib.
 
Moldovada ehtimal edilən iğtişaşlar: son xəbərlər
 
Bir neçə həftə öncə Moldova hakimiyyəti Rusiya tərəfindən dövlət çevrilişinə hazırlıq barədə məlumatlı olduğunu bəyan edib.
 
Fevralın 28-də isə Rusiyayönümlü "Şor" partiyası paytaxtın mərkəzində mitinq təşkil edərək, hakimiyyətdən kommunal xərclərin kompensasiya edilməsini tələb edib.
 
Martın 12-də mitinq təkrarlanıb. Güc strukturları 54 nəfəri saxlayıb, onlardan 12 nəfəri həddi-buluğa çatmayanlardır.
 
Amerika kəşfiyyatının qeyd etdiyi kimi, Rusiya ilə əlaqəli olan insanlar Moldovanın Qərbyönümlü hökumətinə qarşı üsyana təhrik edir.
 
Sonradan ölkə hakimiyyəti məlumat verib ki, hüquq-mühafizə orqanları kütləvi iğtişaşların qarşısını alıb, "Vaqner qrupu" özəl hərbi şirkətinin nümayəndəsini ölkəyə buraxmayıb.
Tarix: 19-03-2023, 10:01
Xəbəri paylaş





Xəbər lenti