"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb


"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb


Odlar yurdu, olduqca cazibədar, heyrətamiz gözəlliyə malik ölkə.
"Unikal" xəbər verir ki, bu fikirlər məşhur “The Travel” nəşrinin Azərbaycanla bağlı geniş məqaləsində yer alıb.
Məqalədə qeyd edilir ki, İngiltərənin paytaxtı Londondan Azərbaycanın baş şəhəri Bakıya təyyarə ilə uçuş təxminən altı saatdır. Azərbaycan çox cəlbedici ölkədir.
Hazırkı səs-küylü müasir Bakı şəhəri 1870-ci illərdən sonra canlanmağa başlayıb. 1900-cü ilə qədər Azərbaycan dünya neftinin yarıdan çoxunu istehsal edirdi.
Müəllif hündür binaların, xüsusən şəhərin hər tərəfdən ucalan simvolik Alov Qüllələrinin onu heyrətə gətirdiyini xüsusi vurğulayıb:
“Bakı Xəzər dənizinin sahilində yerləşir, sahilboyu Bakı bulvarı keçir. Bu, palma ağacları ilə örtülmüş geniş gəzinti yeridir”.
Tarix: 19-03-2023, 13:35
Xəbəri paylaş





Xəbər lenti