Azərbaycan İnsan Haqları Təşkilatı yaradılıb

Azərbaycan İnsan Haqları Təşkilatı yaradılıb
Xaricdə və Güneydə yaşayan bir neçə tanınmış hüquqşünas tərəfindən Azərbaycan İnsan Haqları Təşkilatı yaradılıb.

Siam.az axar.az-a istinadla xəbər verir ki, güneyli hüquqşünaslar tərəfindən yaradılan qurum Güney Azərbaycanda insan hüquqları məsələlərinə diqqət yetirmək və insan haqları pozuntuları ilə bağlı məlumatları beynəlxalq ictimaiyyətə, təşkilatlara çatdırmaq məqsədi ilə yaradılıb.

Təşkilatın başçısı Almaniyada mühacirətdə yaşayan Nağı Mahmudi, Təbrizdə yaşayan vəkil Hüseyn (Sina) Yusifi isə sədr müavini seçiliblər.

Qeyd edək ki, təşkilatda bir neçə başqa tanınmış güneyli vəkil, o cümlədən Fatimə Cavidmehr, Arzu Abdullahi şamlu, Qasım Bodi, Əmir Mehdipur və s. təmsil olunur.
Tarix: 23-03-2023, 15:22
Xəbəri paylaş





Xəbər lenti