Zurabişvili: "Gürcü xalqı Aİ-dən ikinci rədd cavabını qəbul edə bilməyəcək"


Zurabişvili: "Gürcü xalqı Aİ-dən ikinci rədd cavabını qəbul edə bilməyəcək"Salome Zurabişvili

Tbilisidə səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

APA xəbər verir ki, Orbeliani sarayında baş tutmuş görüş zamanı tərəflər Gürcüstanın avrointeqrasiyasına dair müzakirələr aparıblar. Söhbət zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, gürcü xalqı Aİ-nin namizəd statusu ilə bağlı ikinci dəfə rədd cavab verməsini qəbul edə bilməyəcək və özünü tərk edilmiş hiss edəcək.
Zurabişvili Gürcüstanın avrointeqrasiya istəklərinin dəstəklənməsində Almaniyanın rolunu vurğulayıb.
Berbok isə əvəzində Gürcüstanı və gürcü xalqını Aİ-də görmək istədiyini qeyd edib.
Tarix: 24-03-2023, 23:08
Xəbəri paylaş





Xəbər lenti