"Dostluq etməsək də, düşmənçiliyə son vermək lazımdır" - deputat

"Dostluq etməsək də, düşmənçiliyə son vermək lazımdır"
Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan arasında Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması ilə bağlı razılıq əldə edilib. Razılaşmaya görə, Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli Azərbaycana qaytarılır. Bu istiqamətdə Ermənistanla sərhədin müəyyənləşdirilməsinə başlanılır.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, delimitasiya komissiyasının sayca 8-ci iclası keçirildi və Qazax rayonunun işğal altında olan 4 kəndinin qaytarılması barədə razılıq əldə olundu. Xalqımızı təbrik edirəm. Hərhansı hərbi toqquşma, itki olmadan, danışıqlar yolu ilə 4 kəndin qaytarılması, diplomatiyamızın, şəxsən Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması üçün zəmin yaratdı.

“Son zamanlar Ermənistanı silahlandıran, bölgədə separatçılığı yenidən bərpa etmək istəyən qüvvələrə ən gözəl cavabdır. İnşallah davamı gələr və iki ölkə arasında delimitasiya, demarkasiya işlərinin başa çatmasına şahidlik edərik. Nəticədə, kommunikasiyalar açılar, iqtisadi münasibətlər formalaşar, bölgədə sülh bərqərar olar. Dostluq etməsək də, düşmənçiliyə son vermək lazımdır”-deyə deputat vurğulayıb.

Qeyd edək kiş delimitasiya prosesinin növbəti mərhələsində Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndlərinin müzakirə ediləcəyi gözlənilir.
Tarix: 22-04-2024, 17:40
Xəbəri paylaş





Xəbər lenti